Yuxarı

“İmarət” vurulur: onların məqsədi nədir? - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün əvvəl Region Liqasının I Pley-Off mərhələsinin ilk oyunları keçirilib. Mingəçevirdə yerli “Energetik” komandası Salyanın eyniadlı klubunu qəbul edib. Oyun ev sahiblərinin 6-0 üstünlüyü ilə başa çatıb. Bu qələbədə stadiona toplaşmış Mingəçevir sakinləri və yenicə fəaliyyətə başlamış “ZONA45” adlı azarkeş qrupu da böyük rol oynayıb.

Azarkeş qrupunun üzvləri oyun ərzində müxtəlif şüarlar səsləndirib, plakat və afişalar asıb, həmçinin xüsusi tüstüləndirici vasitələrdən istifadə edərək, komandalarına möhtəşəm dəstək olublar.

Bu hadisələrin xülasəsi ilə bağlı bir çox idman saytlarında müxtəlif məqalələr dərc olundu, Region Liqasına olan maraq vurğulandı. Məqalələrin birində isə oyunun rəngarəng keçməsini təmin etmiş “ZONA45” azarkeş qrupunun ölkənin 1 nömrəli fanklubu, paytaxt təmsilçisi “Neftçi”nin “Forza Neftçi” adlı qrupuna layiqli rəqib olaraq yetişdiyi göstərilib.

Əvvəla, bildirmək istəyirəm ki, Azərbaycanın bir çox idman jurnalisti və diktorlarına “Tərəfsiz Jurnalistika” adı altında seminarların keçirilməsi vacib və şərtdir. Çünki hər bir müxbir və jurnalistin vəzifəsi doğruları xalqa dəqiq və qərəzsiz çatdırmaqdır. Bu, idman ictimaiyyəti üçün də belədir. Ortada danılmaz bir reallıq var ki, ölkənin iki köklü, ən titullu klubları olan “Qarabağ” və “Neftçi” komandalarının bütün strukturlarda olduğu kimi, mediada da azarkeşləri var. Amma digər strukturlardan fərqli olaraq, media nadir sahələrdəndir ki, burada öz arzu və istəklərini kənara qoyub, məsələlərə obyektiv pəncərədən yanaşmalı və ən doğrusunu ictimaiyyətə çatdırmalısınız. Lakin təəssüf ki, ölkəmizdə fəaliyyət göstərən bəzi futbol şərhçilərinin və idman jurnalistləri qeyri-peşəkardır. Hətta ən təcrübəli və peşəkar diktor belə azarkeşlik etdiyi, simpatiya duyduğu komandanın oyununu şərh edəndə tərəf tutduğunu izləyicilərə açıq-aşkar hiss etdirir.

Azərbaycanda futbol hələ də cəmiyyətin istədiyi səviyyəyə gəlib çıxmayıb və fikrimcə, müəyyən radikal qərarlar verilmədiyi müddətdə bu səviyyəyə çatmağımız mümkünsüzdür. Lakin futbolumuzun ən bərbad dövründə belə region komandalarının oyunu yerli azarkeşlər tərəfindən daima maraqla qarşılanıb və ev sahibi komandalar əksər hallarda doğma tribunalarını doldurmağı bacarıb. Buna misal olaraq, Gəncənin “Kəpəz”, Lənkəranın “Xəzər Lənkəran”, Tovuzun “Turan” klublarını və s. komandalarımızı göstərmək olar. Bu komandaların ən sadə oyunlarında belə tribunalar yerli azarkeşlər tərəfindən doldurulur və onlar doğma komandalarına sona qədər dəstək verirlər.

İndi isə gəlin biraz keçmişə qayıdaq. Ağdamın “Qarabağ” klubunun işğaldan əvvəl “İmarət” stadionunda, işğaldan sonra isə Quzanlı qəsəbəsində keçirdiyi ev oyunlarına baxsaq görərik ki, bu komanda da yuxarıda sadaladığım region komandalarımız kimi ev oyunlarını doğma meydanında keçirdiyi vaxtlarda tribunalar tamamilə dolurdu. Təqdim etdiyimiz video “Qarabağ” klubunun o dövr üçün favorit hesab edilməyən “Qəbələ” komandası ilə Quzanlı qəsəbəsində qarşılaşdığı oyundur. Videodan görünür ki, nəinki tribunada boş oturacaq yoxdur, hətta oturacaqlar olmayan hər iki qapı arxası da doludur.

Təqdim etdiyimiz ikinci videoda isə siz paytaxtın ən köklü komandası olan “Neftçi” klubunun əzəli rəqib adlandırdıqları “Xəzər Lənkəran” komandası ilə keçirdiyi Azərbaycan Super Kuboku uğrunda gedən “Böyük oyun”dan kadrları görə bilərsiniz. Göründüyü kimi, paytaxt təmsilçisi doğma şəhərlərində hətta əzəli rəqibləri ilə keçirdikləri final oyununda belə tribunaları doldura bilmir.

Belə olduğu halda onları “ən yaxşı” adlandırmaq nə dərəcə düzgündür? Burada hansı obyektivlikdən, qərəzsizlikdən danışmaq olar? İllərdir doğma şəhərində olmamasına baxmayaraq, hər il sayını artıran, Avropa arenasında Azərbaycanı daim ən yüksək səviyyədə təmsil edən “İmarət Tayfa” azad azarkeş qrupunu görməmək, sadəcə, “Qarabağ” klubu son illərdə xalq qəhrəmanına çevrildiyi üçün məqaləni yazan şəxsin illərdir büruzə verməyə çəkindiyi, içində gizlətdiyi, kin və nifrətin göstəricisidir.

Kimin yaxşı, kimin pis olduğuna qərar vermək heç bir KİV nümayəndəsinin səlahiyyətində deyil. Biz sadəcə media nümayəndələri olaraq, sağlam rəqabətin yaranması üçün zəmin yaratmalı, bu rəqabətdə iştirak edənlərin hansının daha yaxşı olması qərarını xalqın iradəsinə buraxmalıyıq.

Tarix
2019.03.12 / 16:21
Müəllif
İsko Babazadə
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla