Yuxarı

Aqolli əsl "Qarabağ"lıdır - Qurban Qurbanov

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün vacib üç xal qazandıq. Futbolçularımız çox əziyyət çəkdilər. Sonadək ən yaxşısını etməyə çalışdılar. Aftandil Hacıyevi təbrik etmək istəyirəm. Komandası qış fasiləsindən sonra bütün oyunları yüksək səviyyədə keçirib. Azarkeşlərimizə də dəstəyə görə təşəkkür edirəm.

Report xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXI turunda səfərdə "Səbail"i 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis oyunun səhvsiz mümkün olmadığını söyləyib. Qurbanov bildirib ki, komandasında tək səhv edən oyunçu Bədavi Hüseynov deyil: “Səbail”in oyunu da buna hesablanmışdı ki, mərkəzdəki səhvlərdən sonra kəskin hücum qursunlar. Futbol o yerə çatıb ki, hər bir komanda rəqibi səhvə vadar etməklə məşğuldur. Ancaq futbolçulardan razı qaldım".

Təcrübəli məşqçi bu gün Ağdam təmsilçisi ilə vidalaşan albaniyalı futbolçu Ansi Aqolli barədə də danışıb:

"Futbol sahəmizdə elə bir insan yoxdur ki, Aqollinin xətrini istəməsin. O, ən yaxşısına layiqdir. Bəlkə də onu komandadan buraxmaq bizim əleyhimizədir. Ancaq ailəsi ABŞ-da yaşayır və belə bir şans əlinə düşüb. O, 9 ildir bizimlədir və çox nadir hallarda meydanda olmayıb. Ona uğurlar arzulayıram. Ansi Aqolli əsl “Qarabağ”lıdır".

Tarix
2019.03.15 / 19:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla