Yuxarı

Məşhur futbolçu Azərbaycan çempionatından danışdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səbail”lə müqavilə imzalamaq üçün “Lion”, “Çelsi”, “Milan”, “Real”, “Panatinakos” kimi klublarda çıxış etmiş Maykl Esyen bu gün Bakıya gəlib.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, Qana millisinin keçmiş üzvü Topaz Premyer Liqasının 21-ci turunda keçirilən “Səbail” – “Qarabağ” matçını (1:2) tribunadan izləyib. 36 yaşlı yarımmüdafiəçi qarşılaşmadan sonra jurnalistlərə müsahibə verib.

- Sizi “Səbail”in futbolçusu hesab etmək olar?

- Dəqiq məlumatı “Səbail” klubunun rəhbərliyi ilə görüşümdən sonra alacaqsınız.

- Böyük klublarda dolu tribunalar önündə oynamısınız. Azərbaycan çempionatı və bu matçla bağlı fikirləriniz necədir?

- Çox yaxşı oyun idi. Baxmayaraq ki, “Səbail” uduzdu, bu da “Qarabağ”ın təcrübəli olması ilə əlaqəlidir.

- Çempionlar Liqasının qalibi olmusunuz və böyük komandalarda çıxış etmisiniz. Maraqlıdır, “Səbail”in təklifində sizi nə cəlb etdi?

- Çempionlar Liqasında qalib olduğum günlər keçmişdə qalıb. Bunu unutmaq lazımdır. Futbolçuyam və oynamaq istəyirəm. Bakıya gəlişimdə “Səbail”in icraçı direktoru Ramin Həsənov klubun gələcək planlarından danışmışdıq. Bu da məni cəlb edib. Futbolçu kimi yeni çağırışdır.

- Əlinizdə fürsətiniz olsaydınız, hansı futbolçunu Azərbaycana gətirə bilərsiniz?

- Bunu düşünmürəm.

- İndoneziya klubundan ayrıldıqdan sonra sizə təklif olmamışdı?

- 2017-ci ildə İndoneziyadan ayrıldıqdan sonra bir neçə təklif olmuşdu. Əsas təkliflər Avstraliya çempionatından idi. Ancaq Avstraliya çox uzaq olduğu üçün rədd etmişdim. Qısa fasilə götürmüşdüm. “Çelsi”də U-19 komandasında məşqçi kimi çalışırdım.

- Oyunun sürətini gördünüz. Bu yaşda sizə problem olmayacaq?

- Həyatımda çox futbol görmüşəm. Bundan da sürətli oyunlara şahidlik etmişəm. Fikrimcə, Azərbaycan çempionatında oynaya bilərəm.

- Gəlişiniz “Səbail” və Azərbaycan futbolu üçün böyük reklamdır. Bu barədə siz nə düşünürsünüz?

- Əslində, bunu düşünmürəm. Futbolçuyam və oynamaq istəyirəm. “Səbail”in planları məni cəlb etdiyindən bura gəldim. Reklamı və digər şeyləri düşünmürəm.

- “Səbail”ə uyğunlaşmağa nə qədər zaman lazım olacaq?

- Buna vaxt lazım deyil.

- Futbolçu kimi əsas tələbiniz nədir?

- Xüsusi tələbim yoxdur. Cavan oyunçularla təcrübəmi bölüşə bilirəmsə, əsas olan budur.

Tarix
2019.03.15 / 21:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla