Yuxarı

"Neftçi" "Qəbələ" ilə bacarmadı, "Qarabağ" liderə çatdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 15-də futbol üzrə Topaz Premyer Liqasının 21-ci turuna yekun vurulub.

Axar.az xəbər verir ki, turun son oyununda turnir cədvəlinin hazırkı lideri "Neftçi" "Bakcell Arena"da "Qəbələ"ni qəbul edib.

Qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.

İlk hissədə "Neftçi"nin hücumları olsa da, hesabı açmaq mümkün olmayıb. İkinci hissəyə sürətli başlayan flaqman matçın 54-cü dəqiqəsində hesabda önə keçib. "Neftçi"nin müdafiəçisi Mamadu Mbodcun qüvvətli zərbəsindən sonra Amin Seydiyevə toxunan top istiqamətini dəyişib və qapıya daxil olub.

Matçın 73-cü dəqiqəsində Stiven Monroz müdafiəçilərin diqqətindən yayınaraq topu qapıya göndərib və hesabı bərabərləşdirib.

Bu heç-heçə sayəsində xallarının sayını 45-ə çatdıran "Neftçi" liderliyini davam etdirsə də, ikinci yerdəki "Qarabağ"la eyni xala malikdir. "Qəbələ" isə 29-cu xalını qazanıb və 4-cü pillədəki yerini möhkəmləndirib.

Qeyd edək ki, turun digər oyunlarında "Qarabağ"-"Səbail"i 2:1, "Zirə"-"Keşlə"ni 2:0 hesabı ilə məğlub edib. "Sabah"-"Sumqayıt" matçında isə qalib müəyyənləşməyib - 1:1.

Tarix
2019.03.15 / 23:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla