Yuxarı

Bizi bu sensasiyadan 10 dəqiqə ayırdı - Millimizin baş məşqçisi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xorvatiya ilə oyundan bir neçə gün keçdikdən sonra futbolçuların göstəricilərini soyuqbaşla təhlil etmək olar. Zaqrebdən yaxşı nəticə ilə qayıtmağımız mümkün idi. Bizi bu sensasiyadan cəmi 10 dəqiqə ayırdı. Komandamız yaxşı futbol oynadı. Sabahkı oyuna gəldikdə, rəsmi görüş olmasa da, qələbə qazanmaq üçün mübarizə aparacağıq.

Axar.az xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç Litva yığmasına qarşı martın 25-də keçiriləcək yoldaşlıq oyunundan öncə təşkil olunmuş mətbuat konfransında söyləyib.

Xorvatiyalı mütəxəssis deyib: "Futbolçular oyuna yaxşı motivasiya olublar. Hər kəs meydana çıxmağa, oynamağa can atır. Bu görüşdə Xorvatiya ilə qarşılaşmada şans vermədiyim futbolçulara da özlərini göstərmək imkanı yaradacağıq. Bu dəyişiklik kiminsə oyunundan narazı qaldığımıza görə edilməyəcək. Sadəcə, digər futbolçulara da şans vermək istəyirik. Amma kimləri meydana buraxıb-buraxmayacağımızı bugünkü məşqdən sonra müəyyənləşdirəcəyik. Bakıya döndükdən sonra ağır məşqlər keçməmişik. Daha çox bərpa məşqləri etsək də, futbolçularla mütəmadi söhbətlər aparmışıq. Yenə deyirəm, hamı meydana çıxmağa, özünü ən yaxşı tərəfdən göstərməyə çalışır. Razıyam, Litva Xorvatiya deyil, amma hörmət ediləsi rəqibdir. Təbii ki, hücumda oynamağa çalışacağıq. Ancaq bu, rəqibdən də asılıdır. Rəqib imkan verdiyi qədər oynamaq mümkündür. Onu da qeyd edim ki, bu cür oyunlar komandanı daha yaxından tanımaq baxımından çox vacibdir”.

Qeyd edək ki, görüş sabah saat 18:00-da "Bakcell Arena" stadionunda keçiriləcək.

Tarix
2019.03.24 / 19:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla