Yuxarı

2019-cu ilin ən nüfuzlu şəxsləri bəlli oldu - Siyahı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin “Liverpul” komandasının və Misirin futbol üzrə yığmasının oyunçusu Məhəmməd Salahın adı 2019-cu ildə dünyada 100 ən nüfuzlu insanın siyahısına daxil edilib.

Axar.az xəbər verir ki, Amerikada çıxan “Taym” jurnalı tərəfindən tərtib edilən bu siyahı həmin nəşrin saytında dərc olunub.

Siyahı tərtib edilərkən nəşrin redaktorlarının, əvvəlki illərdə adları bu siyahıya düşmüş insanların, həmçinin “Time” jurnalında dərc edilən məqalələrin müəlliflərinin rəyi əsas götürülüb. Salah bu reytinqə düşməkdən əlavə, “nəhənglər” nominasiyasında qalib gəlib.

2017/2018-ci illər mövsümündə 36 matçda 32 qol vurmuş Salah İngiltərə Premyer-Liqasının (İPL) ən yaxşı bombardiri və İPL-də ilin ən yaxşı oyunçusu hesab edilib. Misirli idmançı “Liverpul”un heyətində Çempionlar Liqasının final mərhələsinə çatıb, lakin bu mərhələdə “Liverpul” İspaniyanın “Real” klubuna 1:3 hesabı ilə məğlub olub.

Keçən il yayda Rusiyada keçirilmiş dünya çempionatının qrup mərhələsinin 2 matçında Misir yığmasının heyətində çıxış edən Salah 2 qol vurub. 2019-cu ilin yanvarında Afrika Futbol Konfederasiyası 26 yaşlı Salahı ardıcıl olaraq ikinci dəfə Afrikada ilin ən yaxşı oyunçusu hesab edib.

Ən nüfuzlu 100 insan siyahısına Salahdan başqa cəmi 4 idmançı daxildir: amerikalı Tayqer Vuds (qolf), Cənubi Afrika Respublikasının nümayəndəsi Kaster Semenya (qaçış), yaponiyalı Naomi Osaka (tennis), amerikalı Lebron Ceyms (basketbol) və digər amerikalı Aleks Morqan (futbol).

Bu il aprelin 14-də Vuds 2008-ci ildən bəri ilk dəfə “Böyük dəbilqə” turnirində qalib gəlib. Bu, 43 yaşlı amerikalının həmin turnirlərdə sayca 15-ci qələbəsidir. Bu göstərici üzrə Vuds yalnız amerikalı Cek Niklausu qabaqlayır (onun 18 titulu var).

Bu il fevral ayında İdman Arbitraj Məhkəməsində Semenyanın Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyasına qarşı iddiası üzrə araşdırma başlanıb.

Tarix
2019.04.17 / 19:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Nikol: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib?

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla