Yuxarı

"Qəbələ"yə yeni prezident təyin olundu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qəbələ" İdman Klubunun prezidenti vəzifəsinə yeni təyinat olub.

Axar.az xəbər verir ki, Tale Heydərovun bir müddət əvvəl istefasından sonra klubun prezidenti vəzifəsini Fariz Nəcəfov icra edəcək.

2008-ci ildən klubda vitse-prezident kimi fəaliyyət göstərən Fariz Nəcəfov təyinatla bağlı bunları deyib:

"Qəbələ" İdman Klubunun prezidenti olmaq mənim üçün böyük şərəfdir. Mən Tale Heydərovun başladığı və uzun illər ərzində yüksək səviyyəyə qaldırdığı işi layiqli şəkildə davam etdirməyə çalışacaq, akademiyamızda gələcəyin çempionlarının yetişməsi üçün əlimdən gələni edəcəyəm".

Fariz Nəcəfovun prezident postuna təyin olunması ilə bağlı Tale Heydərov bunları deyib:

"Mənim üçün getmək zamanı gəlmişdi və Fariz Nəcəfovun yeni prezident olmağını açıqlamaqdan məmnunluq duyuram. 13 il ərzində klubun inkişafını görmək möhtəşəm idi və buna görə bir daha klubun kollektivinə, futbolçulara və azarkeşlərə təşəkkür edirəm - bilirəm ki, onlar daha da irəli gedəcəklər".

Tarix
2019.04.18 / 21:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla