Yuxarı

Xorvat məşqçini Hafkanın oğlu gətirib? - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xorvat məşqçini Hafkanın oğlu gətirib? - Foto

Xorvatiyalı mütəxəssis Robert Prosineçkinin milli komandamıza baş məşqçi təyinatında iş adamı Hafiz Məmmədovun – Hafkanın oğlu vasitəçilik edib.

Axar.az-a daxil olan özəl məlumatda deyilir ki, Xorvatiyanın Azərbaycanda fəxri konsulu olan Kənan Məmmədov xorvat məşqçinin ölkəmizə gətirilməsində rol oynayıb. K.Məmmədovun Prosineçkinin Azərbaycana gəlişinə razılaşmasında menecerlik etdiyi vurğulanır.

"Bakı" klubunun prezidenti olan Hafiz Məmmədov Apasport.az-a müsahibəsində dolayısı il bu fakta eyham vurub. Hafka qeyd edib ki, Robert Prosineçkinin təyinatını dəstəkləyir:

"Bu təyinat mənim üçün xoş oldu. Bildiyiniz kimi, böyük oğlum həm də Xorvatiyanın ölkəmizdəki fəxri konsuludur. Azərbaycanla bu ölkə arasında da sıx əlaqələr var. Üstəlik, Xorvatiya futbolu da çox güclüdür, yaxşı nəticələr qazanıblar. Onun məşqçi kimi uğura ac olması müsbət məqamdır. Bu adam yığmamızla uğur qazanmaq üçün əlindən gələni edəcək".

Artıq Prosineçkinin yerli köməkçiləri də dəqiqləşib. Xorvatiyalı mütəxəssisə 3 həmyerlimiz kömək edəcək. Bunlar Mahmud Qurbanov, Elxan Abdullayev və Faiq Əzizovdur.

Tarix
2014.12.05 / 00:54
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla