Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 Avqust 2019


Bakı trası haqqında yürüş mühəndisinin fikirləri...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Reno” komandasının pilotu Daniel Rikkardonun yürüş mühəndisi Karel Lus Bakı trasının və şəhər Qran-Prilərinin xüsusiyyətlərindən danışıb.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, K.Lus deyib: “Bakı trası astasürətli döngələrin uzun düz yolla ahəngində maraqlı uyğunlaşmadır. Burada qaz pedalını basma müddəti 20 saniyə uzandığı bir vaxtda yürüşçülər mövqe uğrunda mübarizə aparırlar.

Şəhər trasında heç kimin səhvə yol vermək haqqı yoxdur. Yürüşdə çoxsaylı qəzalar baş verir, tez-tez təhlükəsizlik avtomobili yola çıxır. Bundan başqa, Bakıda şinləri qızdırmaq çətindir. Bu amillər sayəsində yürüş maraqlı alınır.

Şəhər traslarında pilot tərəfindən əks istiqamətlə ünsiyyət böyük rol oynayır. Biz çalışırıq ki, pilot özünü rahat hiss edərək bolidinə etimad göstərsin. Əgər pilot bolidinə əmindirsə, o zaman o, hücuma keçməyi bacaracaq. Şəhər traslarında pilotun istəklərinə xüsusi diqqətlə yanaşmaq lazımdır və onun maşını sürətlə idarə etməsi üçün arzuladığı hər şeyi təqdim etmək vacibdir. Bu, stasionar avtodromlarla müqayisədə şəhər traslarında daha çox mühümdür.

Bakı trası mühəndislər üçün də mürəkkəbdir. Çünki sıxılan güclə sürət arasında uyğunlaşma tapmalısan. Sazlanma axtarışını külək çətinləşdirir. Küləyin istiqaməti hər döngədə dəyişir. Bu səbəbdən də pilot və mühəndislərin işi asan olmur”.

Tarix
2019.04.25 / 02:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

"Neftçi"dən bəyanat: Təhqir yolverilməzdir!

“Qarabağ” üçün çətin qarşılaşma – Mübarizə başlayır

Əsas yay sevgi üçbucağı ilə qazanın!

Yığmamızın keçmiş baş məşqçisi vəfat etdi

Qurbanov ən yaxşı məşqçilər siyahısından çıxarıldı

AFFA Qurbanova görə "Qarabağ"ı cərimələdi

Ronaldo futboldan gedəcəyi tarixi açıqladı

İdmançılarımız Danimarkada qalib oldu - Foto

Messi, yoxsa Ronaldo: Hansı güclüdür? - Alimlər açıqladı

Jurnalistlərin nəzərinə: Övladınız velosiped həvəskarıdırsa... - Yarış

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla