Yuxarı

Əminəm ki, bu, Bakıda çox gözəl final olacaq - Arşavin

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən əminəm ki, Bakı istər komandaları, istərsə də azarkeşləri mehribanlıqla qarşılayacaq və bu, UEFA Avropa Liqası üçün çox gözəl final olacaq.

Axar.az xəbər verir ki, bu sözləri Azərtac-la söhbətində məşhur futbolçu, Rusiyanın əməkdar idman ustası Andrey Arşavin söyləyib.

O deyib: “Düşünürəm ki, uzaq məsafəyə uçuş komandaların yeganə çətinliyi olacaq. Qalanları heç nə ilə fərqlənmir. Bir ay əvvəl mən Bakıdakı stadionda oldum. Böyük müasir stadiondur. Söz verdilər ki, meydanın keyfiyyəti yüksək səviyyədə olacaq. Futbolçular üçün ən başlıcası da elə budur”.

Bakıda turistə lazım olan hər şeyin olduğunu vurğulayan futbolçu deyib: “Çox gözəl və təmiz şəhərdir, hər dəfə ora səfər edəndə daha yaraşıqlı olduğunu görürəm. Gözəl Xəzər, dadlı yeməklər.... Turistə lazım olan nə varsa, hamısı Bakıda var”.

Azərbaycan futbolundan danışan A.Arşavin “Qarabağ” klubunun oyununu fərqləndirərək qeyd edib: “Komandanın Çempionlar Liqasının qrup mərhələsinə çıxması Azərbaycan üçün böyük nailiyyətdir”.

Tarix
2019.05.13 / 22:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla