Yuxarı

İrəvanda rüsvayçılıq: “Qələbə”ni paylaşdı, bəlli oldu ki…

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan hakimiyyəti onlara yaxın olan KIV ilə xalqın qarşısında xal qazanmaq məqsədilə Çeçenistan Respublikasında keçirilən snayper yarışlarından ER MTX-nin xüsusi təyinatlı komandasının guya kubok ilə qayıtmasını yayımlayıb.

Axar.az xəbər verir ki, Çeçenistan KİV-in məlumatlarına əsasən, Ermənistan MTX-nin snayper komandasının 20-ci, yəni sonuncu yer tutması erməni ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb və narazılığa səbəb olub.

MTX-nin uğursuzluğa uğrayan rəhbəri Artur Vanesyan ölkə rəhbərliyi qarşısında hər vəchlə öz imicinin qorunub saxlanmasına çalışır.

Belə ki, snayperlərin kubokla qayıtmasını yayımladan A.Vanesyan bundan daha bir gün əvvəl “qəhrəmanlıq nümunəsi göstərmək” məqsədilə 2018-ci ilin iyun ayında guya Azərbaycan əsgərinin erməni snayperi tərəfindən vurulmasını göstərən videodan istifadə edərək yeni xəbər kimi tirajladıb. Erməni sosial şəbəkə istifadəçiləri isə bu xəbərin qurma olduğunu anlayıb və öz şərhlərində ciddi tənqid ediblər.

Bununla kifayətlənməyən A.Vanesyan sosial şəbəkələr vasitəsilə guya 7 il ərzində Azərbaycan xüsusi xidmət orqanlarının Ermənistana qarşı casusluq fəaliyyətini aşkar etdiyini paylaşıb, lakin casusluqda ittiham olunan şəxslərin adını açıqlamayıb.

Erməni sosial şəbəkə istifadəçiləri bu hadisənin də Vanesyanın qurması olduğu qənaətindədirlər.

Tarix
2019.05.14 / 12:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla