Yuxarı

Qurban Qurbanov sayılmayan qoldan danışdı - Açıqlama

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qurban Qurbanov sayılmayan qoldan  danışdı - Açıqlama

"Açığı, oyun barədə çox danışmaq istəmirəm. Bütün oyunlarda bizimlə olan azarkeş və jurnalistlərə minnətdaram".

Report.az xəbər verir ki, bunu İtaliya "İnter"i ilə Avropa Liqası matçından sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

O, komandasının qrup mərhələsində uğurlu çıxış etmək üçün əlindən gələni etdiyini bildirib: "Futbolçular əllərindən gələni etməyə çalışdılar. Bu, bəlkə də bizə zərbə oldu. Amma hər bir işdə xeyir var. Həm mənim, həm də futbolçular üçün böyük təcrübə oldu. Azarkeşlər daha yaxşı əhval-ruhiyyədə gedə bilərdilər. Amma görünür, qismətimizdə bu imiş".

Qurbanovun fikrincə, həyatda mümkünsüz bir şey yoxdur. Qol epizoduna gəldikdə, 42 yaşlı mütəxəssis bildirib ki, hakim yanlış qərar verib:

"Həmin epizoda iki kameradan baxdıq, düşünüləsi bir şey yoxdur. Top rəqibin müdafiəçisinə dəyərək, qapıya daxil olur. Belə bir anda hakimin səhv etməsi, məsuliyyəti üzərinə götürməsi böyük bir risk idi. Nəyə görə belə qərar qəbul etdiyini bilmirəm. Onların futbolçusu hətta meydandan çıxanda mənə dedi ki, top mənə dəyib tora daxil olmuşdu. Amma bu sözləri mənə yox, hakimə desəydi, bəlkə nəsə dəyişə bilərdi".

Tarix
2014.12.11 / 23:52
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla