Yuxarı

“Arsenal” və “Çelsi”yə əlavə 10 min bilet veriləcək - AFFA

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

AFFA-nın baş katibi Elxan Məmmədov son günlər müzakirə mövzusuna çevrilmiş və “Arsenal”ın narazılığına səbəb olmuş bilet limitinin hər komanda üçün 10 min ədəd artırılacağını bildirib.

Oxu.az xəbər verir ki, bu barədə Britaniyanın "Deyli Meyl" nəşrinə müsahibə verən Elxan Məmmədov qeyd edib ki, Avropa Liqasının finalçılarının hər birinə əlavə 10 min bilet ayrılacaq. Xəbər verdiyimiz kimi UEFA “Arsenal” azarkeşlərinə 6 min bilet ayırdığı üçün bu komandanın narazılığına səbəb olub.

O bildirib ki, hər iki klub öz azarkeşləri üçün əlavə çarter reysləri təşkil edə bilər. Elxan Məmmədov komandaların azarkeşlərini [email protected][email protected]. elektron ünvanlarından bilet almağa dəvət edib.

“UEFA-nın qərarı belədir ki, əgər klub çarter reysi və biletlərin sayı barədə ətraflı məlumat verirsə, UEFA bunu təmin edir.UEFA meydanda boş yer qalmasın deyə lazım olandan artıq bilet vermir. Bu barədə klublara məlumat verilib. Mənə qəribə gəlir ki, çarter reysləri hələ də təşkil edilməyib. Biz 4000 kilometr uzaqda yerləşirik. Çarter reyslərinin təşkili daha məqsəduyğundur. UEFA klublarla əlaqə saxlayır və biletlə təmin edir. Bəli biz reyslər təşkil edə bilərdik, lakin finalçılar mayın 9-da məlum oldu. Bu qısa bir zamandır. Adətən belə hallarda klublar özləri turagentlərlə işləyirlər. Bu dəfə London klubları bunu etməyiblər”.

Elxan Məmmədov bildirib ki, cümə gününə olan məlumata görə, dünya üzrə 25 min bilet satılıb, daha 10 min bilet Bakıda offlayn rejimdə satılıb:

“Futbol artıq Avropa ölkələrinin sərhədlərini aşır. Aparıcı futbol ölkələri həmişə futbolun sərhədlərini genişləndirməyə çalışırlar.Bu yeni imkanlar deməkdir.Azərbaycan futbol üşün ən yeni imkanlardan biridir. Biz və qonşu ölkələr bu kimi tədbirlərə ev sahibliyi etməyə hazırıq və buna haqqımız var. Bu gün biz futbol dünyasına töhfə verməyə qadirik. Hər bu kimi tədbir dünyaya yalnız pozitiv bəxş edə bilər”.

Tarix
2019.05.18 / 02:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla