Yuxarı

"Trabzonspor" "Beşiktaş"ın çempionluq şansına son qoydu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 18-də futbol üzrə Türkiyə Superliqasının XXXIII turunda turnir cədvəlinin dördüncü pilləsində yer alan “Trabzonspor” komandası üçüncü sıradakı “Beşiktaş”la qarşılaşıb.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan komandaların qarşılaşmasında “Trabzonspor” rəqibini 2:1 hesabı ilə məğlub edib.

Oyunda hesabı 53-cü dəqiqədə Filip Novakın baş zərbəsi ilə vurduğu qolla meydan sahibləri açıblar. 74-cü dəqiqədə isə beşiktaşlı Şhinji Kaqava topu rəqib qapısından keçirib - 1:1. Hücumlarını çoxaldan “Trabzonspor” bundan üç dəqiqə sonra hesab arasındakı fərqi artırıb. Yusuf Yazıcı komandasının qələbə topunu vurub – 2:1.

Beləliklə, bu oyundan sonra xallarının sayını 60-a çatdıran baş məşqçi Ünal Karamanın yetirmələri Türkiyə çempionatında dördüncü sıradakı mövqelərini möhkəmləndiriblər.

İki komanda əvvəllər 128 dəfə qarşılaşıb. Bunlardan 53-də “Beşiktaş”, 43-də “Trabzonspor” qalib ayrılan tərəf olub. 31 matç heç-heçə başa çatıb.

Turun digər oyununda “Antalyaspor” komandası “Yeni Malatyaspor”a 3:0 hesabı ilə qalib gəlib.

Tarix
2019.05.19 / 00:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib?

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla