Yuxarı

“Neftçi”nin səhifəsi mənim kitabımda bağlanıb - Sadıqov

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov "Neftçi"yə qayıtmayacaq.

Axar.az xəbər verir ki, bu sözləri S.Sadıqov Atv.az-a müsahibəsində bildirib.

"Neftçi"nin sabiq prezidenti paytaxt təmsilçisinə nə vaxtı qayıdacağı ilə bağlı sualı belə cavablandırıb: "Təəssüf ki, mən bunu edə bilməyəcəm. “Neftçi”nin səhifəsi mənim həyat kitabımda artıq bağlanıb və keçmişdə qalıb. İndi cüdodayam, cüdomuzun inkişafı və uğuru üçün çalışıram. Sabah harada olacağımı deyə bilmərəm, amma konkret bilirəm ki, “Neftçi”də bir daha olmayacam".

S.Sadıqov Bakıda cüdo üzrə mötəbər idman yarışlarına azarkeşlərinin çox maraq göstərməməsi barədə suala isə belə cavab verib: "Bunun səbəbini mən də tapa bilmirəm. Axı yarışlarımız kifayət qədər reklam da olunur, təşkilatçılıq baxımdan bizə ümumiyyətlə, çatanı yoxdur. Avropa Oyunları, İslam Oyunları, Formula1, müxtəlif idman növlərində dünya və Avropa çempionatı – hamısını dövlətimiz yüksək səviyyədə keçirib və bunu heç kəs inkar edə bilməz! Elə götürək Bakıdakı "Böyük Dəbilqə"ni, onun təşkilatçılığı heç cüdo üzrə dünya çempionatlarının təşkilindən geri qalmırdı desək, yanılmarıq. Beynalxəlq cüdo federasiyasının prezidenti cənab Vizer belə təşkilatçılığa heyran qaldığını gizlətmədi. Amma yerli azarkeşlərin bu cür yarışlara biganə qalması şəxsən məni də məyus edir. Siz doğru buyurursunuz ki, heç hamının sevdiyi futbolda belə ən maraqlı qarşılaşmaları paytaxtda maksimum 1500 azarkeş izləyir. Misal üçün "Neftçi”- “Qarabağ” oyununu götürsək. Halbuku əvvəlki dövrlərdə “Xəzər Lənkəran” -“Neftçi” matçına 15-16 min tamaşaçı gəlirdi bölgə stadionuna, Bakıda isə onların sayı 10 minə çatırdı…".

Tarix
2019.05.21 / 01:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla