Yuxarı

Avropa Liqasının kuboku Qarabağa gətirildi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Avropa Liqasının kuboku Cəbrayıl rayonunun 2016-cı ildə işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə gətirilib.

Report xəbər verir ki, kuboku yaxından görərək onunla şəkil çəkdirmək istəyən kənd sakinləri və futbol azarkeşləri üçün “Qayıdış” parkında şəkil zonası, “Qarabağ” klubu və Azərbaycan millisinin üzvü Qara Qarayevlə avtoqraf sessiyası təşkil olunub.

Azyaşlı qonaqlar üçün face-art, animator və oyunlarla, futbol üzrə master-klass dərsləri ilə uşaq zonası təchiz edilib, digər əyləncələr təşkil olunub. Bayram ab-havasının yaradılması üçün tədbirdə ölkədə tanınan DJ AKG iştirak edib.

Qeyd edək ki, Avropa Liqası kubokunun turu Cenevrədən başlayaraq, Sevilya, Berlin, London, Milan, Moskva, Parisi ziyarət edib və Azərbaycan paytaxtında başa çatıb. Baş mükafat mayın 18-də Bakıya gələrək, növbəti gün qədim Gəncə şəhərinə yollanıb. Final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda İngiltərənin "Arsenal" və "Çelsi" komandaları arasında keçiriləcək.

Tarix
2019.05.21 / 16:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla