Yuxarı

Hakimlər Bakıdakı finala yeni formalarla çıxacaqlar

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA İtaliyanın "Makron" şirkəti ilə 3 illik müqavilə imzalayıb.

Report xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında baş tutub. Sözləşməyə əsasən, şirkət 2023-cü ilə qədər qitə turnirlərində hakimləri forma ilə təmin edəcək.

Yeni formalardan ilk dəfə Bakıda keçiriləcək Avropa Liqasının finalında istifadə olunacaq. Hakimlər İspaniyanın paytaxtı Madriddəki Vanda Metropolitano stadionundakı Çempionlar Liqasının finalında da yeni formalar geyinəcəklər.

Macron UEFA hakimləri üçün formalar hazırlayan ilk İtaliya şirkəti olub.

Qeyd edək ki, İngiltərənin "Çelsi" və "Arsenal" komandaları arasındakı final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Həlledici oyun italiyalı FIFA referisi Canluka Rokkinin rəhbərlik etdiyi hakimlər briqadasına tapşırılıb.

Çempionlar Liqasının Finalında isə İngiltərənin "Liverpul" və "Tottenhem" komandaları iyunun 1-də üz-üzə gələcəklər. Bu qarşılaşma isə sloveniyalı Damir Skominaya həvalə olunub.

Tarix
2019.05.23 / 19:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla