Yuxarı

Polkovnik-leytenant 7-ci dəfə çempion oldu - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstanın paytaxtı Budapeştdə kikboksinqin “wako” versiyası üzrə XXV dünya kuboku turniri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, üç mindən artıq idmançının qatıldığı bu mötəbər yarışda milli komandamız da təcrübəli idmançılarla təmsil olunub. Komandanın heyətində çıxış edən, Nəqliyyatda Baş Polis İdarəsinin cinayət axtarışı idarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı, Əməkdar idman ustası Eduard Məmmədov turnirdə inamla mübarizə aparıb.

Təmsilçimiz çəkisi 63 kiloqramadək olan veteran idmançılar arasında üç döyüş keçirib. Fransalı idmançı ilə qarşılaşan E.Məmmədov döyüşü üstün başa vurub. Sonra rumıniyalı və macarıstanlı idmançıları da məğlub edən kikboksçumuz birinci yeri tutaraq dünya kuboklarında 7-ci çempionluğunu qazanıb.

Bu yarış E.Məmmədovun yeniyetmə və gənc yetirmələri üçün də uğurlu olub. Onlar ümumilikdə millimizin aktivinə 5 medal yazdırıblar. Amin Quliyev, Nicat Ələkbərli fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Renat Qiyaslı, Nihad Kərimli və Elvin Məmmədov isə bürünc medallara sahib olublar.

Qeyd edək ki, A.Quliyev həm dünya çempionu, həm də dünya kubokunun sahibidir.

Polis polkovnik-leytenantı E.Məmmədov idmanın kikboksinq növü üzrə 23 dəfə dünya, 7 dəfə Avropa, Asiya və Avrasiya çempionudur.

Tarix
2019.05.23 / 20:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla