Yuxarı

Azarkeşləri “Arsenal”ı Bakıda ziyana sala bilər – Rəy

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Futbol Federasiyası xarici klublara heç bir qadağa qoya bilməz, bizim belə bir hüququmuz yoxdur.

Bu sözləri Axar.az-a “Arsenal” azarkeşlərinin Bakıda keçiriləcək Avroliqa finalında erməni futbolçu Henrik Mxitaryana görə aksiya planına münasibət bildirən AFFA-nın mətbuat xidmətini rəhbəri Firuz Abdulla deyib.

O bildirib ki, bu aksiya keçirilərsə, həmin klubu və azarkeşləri yalnız UEFA cəzalandıra bilər:

“AFFA hansısa əcnəbi kluba şərt qoya bilməz. Biz ev sahibiyik və sadəcə şərait yarada bilərik ki, final yarışı yüksək səviyyədə keçirilsin. Final oyunu birbaşa UEFA-nın olduğuna görə ancaq bu qurum xəbərdarlıq edə və cəzalandıra bilər”.

Futbol üzrə ekspert Sənan Şəfizadə isə bildirib ki, “Arsenal” bəzi qüvvələrin təsiri altında belə cılız qərarlar verərək, öz nüfuzuna kölgə salır:

“UEFA ötən gün “Arsenal” klubuna rəsmi şəkildə bu məsələ ilə bağlı xəbərdarlıq edib. Eyni zamanda UEFA nümayəndələri ilə “Arsenal” klubunun rəsmi şəxsləri arasında finaldan öncə görüş olacağı gözlənilir. UEFA hər zaman oyunda aksiyaların keçirilməsinin qarşısını almağa çalışır. Sözügedən aksiya baş tutsa, UEFA həmin azarkeşlərin təmsil etdiyi klubu çox ciddi şəkildə cəzalandıra bilər. Bu, külli miqdarda pul cəriməsi və növbəti avrokubok oyununu azarkeşsiz keçirmək cəzası ola bilər. Bu, “Arsenal” üçün böyük maliyyə itkisidir. Ümumiyyətlə, klubun yaratdığı bu ucuz şou komandanın nüfuzuna çox ciddi ziyan vurdu. Həmin komandanın Azərbaycanda çoxlu sayda azarkeşi var idi, lakin bu ucuz şoulardan sonra komanda özünü gözdən saldı. Hesab edirəm ki, azərbaycanlı futbolsevərlər final oyununda “Çelsi”yə azarkeşlik edəcəklər”.

Xatırladaq ki, Mxitaryan Azərbaycanın verdiyi təhlükəsizlik zəmanətlərinə baxmayaraq, Bakıya gəlməkdən imtina edib.

“Arsenal”ın fan-qruplarından biri isə Mxitaryanın təsviri ilə maskalar düzəltməyi və onları Bakıya gedəcək klubun bütün pərəstişkarlarına paylamağı təklif edib. Həmçinin təklif ediblər ki, Mxitaryan “Arsenal”da 7 nömrə altında oynadığı üçün fanatlar final matçının 7-ci və 77-ci dəqiqələri arasında fləşmob keçirsinlər.

Tarix
2019.05.24 / 15:04
Müəllif
Mahir Ələkbərov
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla