Yuxarı

"Arsenal" Bakıya hansı futbolçularla gəlib? - Siyahı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019.05.25 - 18:30

"Arsenal" klubunun futbolçuları artıq Bakıya yola düşüblər. Bununla bağlı komandanın üzvləri sosial şəbəkələrdə görüntülər paylaşıblar.

Axar.az xəbər verir ki, "Arsenal"ın türk əsilli futbolçusu Məsud Özil də paylaşım edərək növbəti dayanacağın Bakı olacağını yazıb. O bundan əvvəl də "Azərbaycanlı qardaşlarım! Biz bunu etdik - finaldayıq! Bakıda görüşənədək" sözlərilə fanatlarına müraciət etmişdi.

Həmçinin o da məlum olub ki, Denni Velbek də "Arsenal"ın heyətinə daxil edilib. O da Bakıda finalda iştirak edəcək.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda "Arsenal" və "Çelsi" komandaları Avropa Liqasının finalında qarşılaşacaq.

***

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının finalçılarından biri – İngiltərənin "Arsenal" klubu Bakıya gəlib.

London təmsilçisini gətirən təyyarə yerli vaxtla saat 19:45-də Heydər Əliyev Hava Limanına eniş edib.

"Arsenal" komandasının üzvləri paytaxtımızda "Alov qüllələri"ndə yerləşən "Fairmont" otelində qalacaq.

***

"Arsenal"ın Avropa Liqasının final oyunu üçün Bakıya gətirdiyi futbolçular müəyyənləşib.

İngilislər paytaxtımıza 24 oyunçu ilə gəlib. Unai Emeri oyun günü onlardan birinin adını siyahıdan çıxaracaq və 23 nəfərlik sifariş ərizəsi UEFA-ya təqdim ediləcək.

Qapıçılar: Petr Çex, Bernd Leno, Deyan İliyev

Müdafiəçilər: Karl Cenkinson, Sead Kolaşinats, Loren Koselni, Ştefan Lixtştayner, Naço Monreal, Şkodran Mustafi, Sokratis Papastatopulos,

Yarımmüdafiəçilər: Məhəmməd El-Nenni, Matteo Genduzi, Aleks İvobi, Enzli Meytlend-Naylz, Məsud Özil, Lukas Torreyra, Corc Uillok, Qranit Caka, Bukayo Saka

Hücumçular: Pyer-Emerik Obameyanq, Aleksandr Lyakazett, Edvard Nketia, Danni Uelbek, Xavyer Amaeçi

Tarix
2019.05.26 / 00:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla