Yuxarı

Mxitaryan Bakıdan imtina etdi, klub isə ondan - Satılır

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin “Arsenal” klubu yay fasiləsində futbolçusu Henrix Mxitaryanı satmaq istəyinin əsl səbəbi müəyyənləşib.

Report xəbər verir ki, bu, Ermənistan yığmasının 30 yaşlı yarımmüdafiəçisinin müqavilə şərtlərinə əməl etməməsi ilə əlaqədardır. Mxitaryanın UEFA Avropa Liqasının final oyunu üçün Bakıya gəlməkdən imtinasını futbolçunun özü və ailəsinin qərarı kimi təqdim edən London klubu sözdə onu dəstəkləsə də, reallıq başqadır.

Azərbaycanın və UEFA-nın təhlükəsizliklə bağlı ən yüksək səviyyədə təminat verməsinə rəğmən, erməni futbolçunun “Arsenal” üçün böyük önəm daşıyan matça gəlməkdən boyun qaçırması klubda ciddi narazılığa səbəb olub. London təmsilçisinin rəhbərliyi Mxitaryanın təxribatçı davranışını müqavilə şərtlərinə əməl etməmək kimi qiymətləndirib.

Düzdür, “Arsenal” rəsmiləri əsas heyətə düşməkdə çətinlik çəkən Mxityaryanın qərarına indiki məqamda düşərgədəki ab-havaya xələl gətirməməkdən ötrü hörmətlə yanaşdıqlarını bildiriblər. Lakin finalda sonra klub onun barəsində ölçü götürərək, sözləşməsinə əməl etməyən erməni oyunçunu transferə çıxaracaq.

Bundan başqa, yaxın günlərdə Mxitaryanın məsələsi ilə bağlı Londonda idman hüquqşünaslarının toplantısı planlaşdırılıb. İclasda Ermənistan yığmasının üzvünün peşəkar müqaviləsinə riayət etməməsi müzakirə olunacaq. Həmçinin İngiltərə klublarına siyasi qalmaqallarda iştirak edən futbolçuların transfer edilməməsi tövsiyə olunacaq.

“Arsenal” 2018-ci ilin yanvarında hücumçusu Aleksis Sançesi “Mançester Yunayted”də çıxış edən Mxitaryanla dəyişib. Erməni futbolçu ilə 2021-ci ilin yayına qədər müqavilə bağlanılıb.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında İngiltərənin “Arsenal” və “Çelsi” komandaları qarşılaşacaq.

Tarix
2019.05.27 / 14:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla