Yuxarı

Britaniyalılar: Mxitaryan üçün Bakıda təhlükə...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Arsenal”ın yarımmüdafiəçisi Henrik Mxitaryan Bakıda keçirilən final qarşılaşmasında heç bir təhlükə yaşamadan iştirak edə bilərdi.

Axar.az xəbər verir ki, bu barədə “Vestin Kavkaza” saytına danışan Britaniyanın Lester şəhərinin sakini Riçard Skeylz deyib.

“Bilmirəm o, nə üçün bu addımı atdı. Bu, tamamilə siyasi məsələdir. Əgər Azərbaycan və ya Ermənistandan deyilsinizsə, nə baş verdiyini çətin ki anlayasınız. Bəlkə də o, gələ bilərdi. Azərbaycan və Ermənistanın siyasətini başa düşmək biz ingilislər üçün çətin olur, bu barədə çox az şey bilirik. Təəssüf ki, o gəlmədi. Fikrimcə, o, Bakıda təhlükəsizlikdə olacaqdı”, - azarkeş bildirib.

Riçard Skeylzin sözlərinə görə, Bakıda təhlükəsizlik çox yaxşı təmin edilib:

“Orada çoxlu polis var idi. Hər şey yaxşı təşkil edilmişdi. “Arsenal”ın bəzi azarkeşləri “Çelsi” üçüncü qolu vurduqdan sonra aqresivləşməyə başladı. Amma mən heç bir münaqişə görmədim. Ümumi atmosfer çox müsbət idi”.

Digər ingilis azarkeş Kris Skeylz isə paytaxt sakinlərinin qonaqlara qarşı mehriban və gülərüz olmasından danışıb.

“Biz şəhər daxilində hər hansı ünvanı tapa bilmədikdə, azərbaycanlılar bizə daima kömək edirdi”, - o deyib.

Riçard Skeylz qeyd edib ki, onlar Çin, Yaponiya, BƏƏ və digər ölkələrdən olan turistlərlə də görüşüblər:

“Bu ölkələr Azərbaycandan olduqca uzaqda yerləşir. Bakı onlar üçün bu cür böyük finalı izləmək şansı idi. Bakıya gəlmək üçün böyük məsafə qət edən təkcə ingilis azarkeşləri deyildi. İsraildən də bir çox insan gəlmişdi”.

Riçard Skeylz paytaxtdakı ab-havanı yüksək qiymətləndirib:

“Bu, Bakıya ilk gəlişimdir. “Arsenal” azarkeşlərinin aqressiv olmaqlarına və çox səs-küy salmalarına baxmayaraq, Bakı sakinləri hər kəsə münasibətdə çox dostcanlı idilər. Bu səfər bizim üçün çox gözəl keçdi”.

Kris Skeylz bildirib ki, o, Bakı Olimpiya Stadionunu çox bəyənib:

“Bakı Olimpiya Stadionu çox gözəl idi. Dünyanın hər bir tərəfindən bura insanların axışdığını görmək olduqca xoş təəssürat yaratdı. Məhz buna görə stadionda ambians yüksək səviyyədə idi”.

Qeyd edək ki, UEFA Avropa Liqasının builki finalında “Arsenal” və “Çelsi” klubları üz-üzə gəlib. Bakı Olimpiya Stadionunda keçirilən matçda “Çelsi” rəqibinə 4-1 qalib gəlib.

Tarix
2019.05.31 / 16:09
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla