Yuxarı

UEFA Bakı Olimpiya Stadionunu mükafatlandırdı - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ildən fəaliyyətə başlayan və hər il azı bir beynəlxalq turnirə ev sahibliyi edən Bakı Olimpiya Stadionu UEFA tərəfindən mükafatlandırılıb.

Bu barədə Axar.az-a Bakı Olimpiya Stadionunun mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, Bakı Olimpiya Stadionu aralarında “Allianz Arena”, “Aviva Stadium”, “Kamp Nou” və “Santiago Bernabeu” kimi dünyaca məşhur stadionlar olan UEFA-nın Elit Stadionları siyahısına daxil edilib.

Xatırladaq ki, Avropanın ikinci ən nüfuzlu klub turniri olan UEFA Avropa Liqasının final qarşılaşması mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilib. AFFA-nın və Yerli Əməliyyat Komitəsinin əməkdaşlarının peşəkar təşkilatçılığı, hüquq-mühafizə orqanlarımızın yüksək təhlükəsizlik tədbirləri, KİV nümayəndələrinin media işi, könüllülərimizin tamaşaçı xidmətləri və stadionu dolduran azarkeşlərin dəstəyi nəticəsində Bakı mötəbər idman tədbirlərinə ev sahibliyi etməyə daim hazır olduğunu bir daha sübut etdi.

Bakı Olimpiya Stadionu gələn il UEFA-nın 60 illiyi münasibəti ilə ilk dəfə olaraq 12 müxtəlif stadionda keçiriləcək "Avro 2020"nin əsas stadionlarından biridir. Burada üç qrup matçı və bir 1\4 final qarşılaşması oynanılacaq.

Tarix
2019.06.05 / 19:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla