Yuxarı

Azərbaycan millisi buna öyrəşməyib - Yurçeviç

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəqib çox yaxşı və maraqlı komandadır. İki oyun arasında çox az vaxt oldu. Birinci matçda Macarıstana uduzduq və məyus olduq. Yaxşı hazırlaşmışıq. Komanda ilə söhbətimiz də olub. Çətin oyun olacaq. Aparıcı klublarda çıxış edən futbolçuları var. Buna baxmayaraq, qarşılaşma bizim üçün çox önəmlidir. Hər kəs sabahkı matçı gözləyir.

Report xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Avro-2020-nin seçmə mərhələsində Slovakiya ilə keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis azarkeşlərin sosial şəbəkələrdə komandanın nəticələrinə etiraz etməsinə münasibət bildirib: "Bu barədə məlumatım yoxdur. Komanda çalışacaq ki, əlindən gələni etsin. Yaxşı nəticə üçün mübarizə aparacağıq".

Xorvat məşqçi Macarıstana 1:3 hesabı ilə uduzduqları görüşdən sonra AFFA prezidenti Rövnəq Abdullayevlə görüşmədiyini deyib: "Bəlkə, bu matçdan sonra görüşəcəyik. Son iki oyunu təhlil edəcəyik".

Yurçeviç sabahkı matçda müsbət nəticəyə ümid etdiyini vurğulayıb: "Biz əvvəlki matçda pis oynamadıq. İstənilən kollektivə qarşı oynamaq olar. Hər oyunda xal və xallar qazanmağa cəhd göstərəcəyik. Oyunçular hər zaman tam şəkildə əllərindən gələni edir. Onları tənqid edə bilmərəm. Hər komandanı fərqli təhlil edirik. Çox optimistəm. Komanda olaraq əlimizdən gələni edəcəyik".

Xorvat mütəxəssis Macarıstana qarşı məğlubiyyəti təhlil etdiyini söyləyib: "Bəzi razı qaldığım məqamlar var idi. Son 30 metrdə isə təhlükəli deyildik. Standart vəziyyətlərə də hazırlaşmışdıq, belə epizodda qapımızda qol gördük. Biz üç gündən sonra növbəti matçı keçirəcəyik. Azərbaycan komandası buna öyrəşməyib. Zədəli futbolçular yoxdur. Oyunçuların fiziki durumunu izləyəcəyəm. Qət edilən məsafəyə görə Macarıstandan geri qalmadıq. Sadəcə, nəticə qazana bilmədik. Mən 40 ildir ki, futbolun içindəyəm. Hər kəs mübarizə aparan komandanı sevir. Meydanda rəqibi də nəzərə almaq lazımdır. Onların güclü oyunu işi daha da çətinə salır".

Baş məşqçi son görüşdə qapıya kifayət qədər zərbə vura bilmədiklərini deyib: "Oyunçular məşqdə qapıya zərbə vursalar da, oyunda bunu edə bilmirlər".

Qeyd edək ki, Azərbaycan - Slovakiya matçı iyunun 11-i saat 20:00-da "Bakcell Arena"da başlayacaq.

Tarix
2019.06.10 / 21:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla