Yuxarı

Hamşik millimizin darmadağınından danışdı: Gözləmirdik...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Slovakiya millisinin kapitanı Marek Hamşik Avro-2020-nin seçmə mərhələsində bu gün Bakıda yığmamızı məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını savablandırıb.

Qoll.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi 5:1 hesabı ilə qalib gələcəklərini gözləmədiyini bildirib:

- Görüşlə bağlı nə deyəcəksən?

- Bizim üçün qrupda çox vacib qələbə idi. Düz 5 qol vurduq. Yaxşı da futbol oynadıq. Çox yaxşı nəticə oldu.

- Bu hesabla qalib gələcəyinizi təxmin edirdiniz?

- Bəlkə də yox. Düzünü desəm, bu cür hesabı təxmin etməmişdik. Amma yaxşı oyunla, gözəl də qollar vurduq. Bu cür hesabla qalib gəldiyimizə görə çox sevindik.

- Bəzi futbolçularınız bildirib ki, daha çox qol vura bilərdik. Razısan?

- Əslində bunun heç bir önəmi yoxdur. Əsas odur ki, qalib gəlib üç xalı qazandıq. Bizim üçün 1:0 və 5:1 hesabın heç bir fərqi yoxdur. Vacib olan qələbə idi ki, onu da yaxşı futbolla qazandıq.

Tarix
2019.06.12 / 00:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla