Yuxarı

Komandalarımızın avrokuboklardakı rəqibləri - Siyahı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Komandalarımızın avrokuboklardakı rəqibləri - Siyahı

“Qarabağ”ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 5-ə enib.

Axar.az xəbər verir ki, səpələnmişlər sırasında yer alan Azərbaycan təmsilçisinə "Valletta" (Malta), "Sarayevo" (Bosniya və Herseqovina), "Sutyeska" (Monteneqro), "Partizani" (Albaniya) və ya "Saburtalo" (Gürcüstan) komandalarından biri rəqib olacaq.

Digər komandalarımızın UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki potensial rəqiblərinin də sayı azalıb.

Səpələnmişlər sırasında yer alan "Neftçi"yə "Hibernians" (Malta), "Rujomberok" (Slovakiya), "Pandev Akademiyası" (Makedoniya), "Speranta" (Nisporeni, Moldova) və ya "Zeta" (Monteneqro), "Səbail"ə isə "Universitatya Krayova 1948" (Rumıniya), "Baltsan" (Malta), "Laçi" (Albaniya), "Şkupi" (Makedoniya), "Petrokub-Hincesti" (Moldova) və ya "Narva Trans" (Estoniya) rəqib olacaq.

Azərbaycanın daha bir təmsilçisi "Qəbələ" isə mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.

Qeyd edək ki, iyunun 18-də keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.

Tarix
2019.06.17 / 22:22
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla