Yuxarı

II Avropa Oyunlarında günün nəticəsi: 1 qızıl, 1 gümüş

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 27-də - “Minsk 2019” ikinci Avropa Oyunlarının yeddinci günündə Azərbaycan idmançıları 1 qızıl və 1 gümüş medal qazanıblar. Medalları ölkəmizin aktivinə sərbəst güləşçilərimiz yazdırıblar.

Axar.az xəbər verir ki, yarışda 65 kiloqram çəki dərəcəsində çıxış edən H.Əliyev finalda Gürcüstan təmsilçisi, Olimpiya Oyunlarının qızıl və gümüş medalçısı, üçqat Avropa çempionu Vladimer Xinçeqaşvili ilə üz-üzə gəlib. Görüşdə daha inamlı təsir bağışlayan güləşçimiz güclü rəqibini 10:2 hesabı ilə məğlub edərək Azərbaycanın aktivinə ikinci qızıl medalı yazdırıb.

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK baş katibinin müavini Azər Əliyev, ölkəmizin Belarusdakı səfiri Lətif Qəndilov və Azərbaycan nümayəndə heyətinin üzvləri güləşçimizin çıxışını izləyiblər.

Azərbaycanın “Minsk 2019”da birinci qızıl medalını ötən gün 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Mahir Əmiraslanov qazanıb. O, finalda serbiyalı Stevan Misiçi 9:1 hesabı ilə məğlub edərək “Minsk 2019” Avropa Oyunlarının çempionu olub.

Bu gün finalda çıxış edən digər güləşçimiz Nurməhəmməd Hacıyev (97 kq) isə ikinci Avropa Oyunlarının gümüş medalına sahib olub. O, yarımfinalda zədələndiyi üçün Rusiya pəhləvanı Abdulrəşid Sadullayev ilə final matçında rəmzi olaraq iştirak edib. Rusiyalı güləşçi texniki qələbə sayəsində “Minsk 2019”un çempionu adına layiq görülüb.

Beləliklə, sərbəst güləşçilərimiz ikinci Avropa Oyunlarında Azərbaycana 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazandırıblar. Qızıl medalları Mahir Əmiraslanov (57 kq) və Hacı Əliyev (65 kq) ölkəmizin aktivinə yazdırıblar. Nurməhəmməd Hacıyev (97 kq) gümüş, Hacımurad Hacıyev (74 kq) və Cəmaləddin Maqomedov (125 kq) isə bürünc medallara layiq görülüblər.

Bu gün Azərbaycanın dörd qadın güləşçisi də mübarizəyə qoşulub. Təmsilçilərimizdən Mariya Stadnik (50) və Elmira Qəmbərova (62 kq) finala vəsiqəni təmin ediblər. Alyona Kolesnik (57 kq) isə təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Güləşçilərimizin dördü də növbəti – sonuncu görüşlərini iyunun 28-də keçirəcəklər.

Hazırda aktivində 2 qızıl, 5 gümüş və 9 bürünc medal olan Azərbaycan millisi “Minsk 2019”da 15-ci sırada qərarlaşıb.

“Minsk 2019”un yeddinci günündə medal siyahısına Rusiya komandası başçılıq edir. Rusiyalı idmançıların aktivində 72 (32-16-24) medal var. İkinci yerdə Belarus (19-13-23), üçüncü pillədə isə İtaliya (8-6-5) yığmaları qərarlaşıblar.

Tarix
2019.06.28 / 00:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla