Yuxarı

"Barselona"da oynamaq istəyən azərbaycanlı... - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ayxan Elçin oğlu Həsənov 2005-ci ilin 5 dekabrında Bakı şəhərində dünyaya göz açıb. 2015-ci ildən hazırda peşəkar "Sabah" Futbol Klubunun uşaq məktəbi funksiyasını daşıyan "Vətən" Futbol Məktəbində futbol oynamağa başlayıb.

Axar.az Avropa.info-ya istinadən "Vətən" Futbol Məktəbi ilə Türkiyədə 32 komandanın iştirakı ilə keçirilən turnirin qalibi olan Ayxan Həsənovla müsahibəni oxucularına təqdim edir:

- Ayxan, nə vaxtdan futbol oynamağa başlamısan və nədən məhz futbol?

- Futbolla kiçik yaşlarımdan maraqlanmağa başlamışam. Kiçik yaşlarımdan evdə mən də futbol izləyirdim və məndə bu idman növünə maraq yaranmağa başladı. Zaman keçdikcə futbolu sevdim. 2015-ci ildə isə "Vətən" Futbol Məktəbinə yazıldım. Artıq 3 il 6 aydır ki, "Vətən"in futbolçusuyam.

- Futbolda ciddi uğurların olubmu?

- Bu vaxtadək "Vətən" ilə bir çox turnirlərdə iştirak etmişəm. Öz yaş qrupum üzrə Bakı birinciliyi, Azərbaycan çempionatı və bəzi liqalarda oynamışam. Ölkə xaricində isə ötən il İranda keçirilən turnirdə 3-cü yeri tutaraq bürünc medal qazanmışam. Ötən ayın 28-dən Türkiyənin Trabzon şəhərində 32 komandanın iştirakı ilə keçirilən turnirdə 1-ci yeri turaraq qızıl medallara layiq görüldük. Ümumiyyətlə, qazandığımız nəticələrə görə məşqçilərimə və komanda yoldaşlarıma təşəkkür edirəm. Biz birlikdə güclüyük.

- Gələçək perspektivini necə düşünürsən? Futbolda davam etmək istəyirsənmi?

- Əlbəttə, gələcəyimi futbolla bağlı görmək istəyirəm. İnşallah, məşqlərdə ciddi çalışaraq gələcəyin güclü futbolçusu olmaq istəyirəm. Azərbaycanda ən çox sevdiyim klublar "Sabah" və "Qarabağ"dır. Dünyada isə "Barselona" mənim üçün bir nömrədir. Öncə ölkə daxilində "Sabah" və "Qarabağ"ın futbolçusu olmaq istərdim. Futbolla bağlı ən böyük arzum isə "Barselona"da oynamaqdır. Təbii ki, Azərbaycan millisinin də şərəfini qorumaq istərdim.

Tarix
2019.07.09 / 00:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla