Yuxarı

Azərbaycanlı atlet İtaliyada qızıl qazandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 10-da Azərbaycan atleti Nazim Babayev İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasının qızıl medalını qazanıb.

Axar.az xəbər verir ki, Avropa çempionumuz N.Babayev üç təkanla tullanma yarışının finalında 16,89 metr nəticə ilə Universiadanın qalibi olub. Bununla da o, universiadalarda ikinci çempionluğunu rəsmiləşdirib.

Xatırladaq ki, idmançımız təsnifat mərhələsində 16,36 metr nəticə ilə finala yüksəlmişdi.

Qeyd edək ki, atletika yarışlarında digər idmançımız Zəkiyyə Həsənova 100 metr məsafəyə qaçış növündə təsnifat mərhələsində 11 saniyəlik nəticə ilə dördüncü yeri tutaraq mübarizəni dayandırıb.

Atletlərimiz universiadaya məşqçi Ziyad Xəlfəliyevin rəhbərliyi ilə qatılıblar.

Tarix
2019.07.11 / 01:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla