Yuxarı

“Səbail” ev oyununda məğlub oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Səbail” ev oyununda məğlub oldu

Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyununa çıxan “Səbail” evdə məğlub olub.

Axar.az xəbər verir ki, Topaz Premyer Liqasının bürünc mükafatçısı “Səbail” Rumıniyanın “Universitatya Krayova” klubu ilə üz-üzə gəlib. Aftandil Hacıyevin yetirmələri güclü rəqibi ilə bacarmayıb.

Oyun qonaqların üstünlüyü ilə start götürüb. Bu səbəbdən ilk qol da Krayova təmsilçisindən gəlib. Matçın 13-cü dəqiqəsində Aleksandru Mateyu stadiona toplaşan azarkeşləri məyus edib. Ardınca Ağabala Ramazanov komandamızı ümidləndirib - 1:1.

Lakin ikinci hissə "Səbail" üçün uğursuz alınıb. Paytaxt klubu Nikuşor Banku və Mixay Romanın qollarına mane ola bilməyib - 1:3. Görüşdə son nöqtəni isə Ağabala Ramazanov qoyub. O, özünün və komandamızın ikinci qolunu vursa da, meydanı “Universitatya Krayova” qələbə ilə tərk edib - 3:2.

Bununla da, "Səbail" işini çətinə salıb. Komandalar cavab oyununu iyulun 18-də keçirəcəklər.

Tarix
2019.07.11 / 22:45
Müəllif
Axar.az
Digər xəbərlər

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

Kobaxidzedən TRİPP açıqlaması: Ciddi problem...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla