Yuxarı

Qurbanovun ən böyük məsuliyyəti odur ki... - Gözəl

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində evdə "Partizani"yə 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

Axar.az xəbər verir ki, T.Gözəl oyun haqda bunları qeyd edib:

- Bilirsiniz ki, rəqib qapalı oynayırdı. Onların məqsədi qarşılaşmanı penaltilər seriyasınadək davam etdirmək idi. Rəqibi də təbrik edirəm. Bizim ilk qolumuzdan sonra oyun açıldı. Çox yaxşı oyun alındı. "Qarabağ" çox gözəl çıxış etdi. Yeni futbolçularımızdan da çox razıyam. Hamı yaxşı oynadı, amma Abdullah Zubiri xüsusən vurğulayardım. Hamımızın ürəyi açıldı.

- Yəqin ki, son dəqiqələrdə daha da həyəcanlandınız.

- Bəli, biz qol vurduqdan sonra onlar da açıq oynadılar. Məncə, elə əsas oyun bundan sonra başladı.

- Bu mövsüm arvokuboklarda hədəf nədir?

- Transferlərimiz oldu. Türkiyədən məşqçimiz gəldi. Yerli futbolçular yetişdirməyə çalışırıq. Mən hər zaman istəmişəm ki, "Qarabağ"ın heyətində azərbaycanlı oyunçular çox olsun. Bu gün də yeni hücumçunun transferi açıqlandı. Qurban Qurbanovun ən böyük məsuliyyəti odur ki, bu futbolçular komandaya tez uyğunlaşsınlar.

- Sizcə, yeni transferlər komandanı irəli apara bilər?

- Tez uyğunlaşsalar, bəli. Çox təcrübəli futbolçulardır. "Qarabağ"ın oyununa nə qədər tez alışacaqlar, bilmirəm. Bu da Qurban Qurbanovun işidir.

Tarix
2019.07.18 / 00:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla