Yuxarı

Tiflisdən Bakıya dəstək: Qadağa qoyuldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın erməni əsilli idmançılarının VII “Panermənistan oyunları”nın Azərbaycanın işğal altındakı ərazilərində təşkil olunacaq açılış mərasimi və yarışlarda iştirakı qadağan olunub.

Report xəbər verir ki, bu barədə Samtsxe Cavaxeti bölgəsi üzrə informasiya mərkəzi məlumat yayıb.

Axalkalaki rayonundan olan 50-yə yaxın idmançı “Panermənistan oyunları”nın yalnız Ermənistanda keçiriləcək yarışlarına qatılacaqlar. Qondarma “dqr”də təşkil olunacaq armrestlinq və şahmat üzrə yarışlarda iştirak edəcək 7 idmançı komanda heyətindən çıxarılıb.

Axalkalaki bələdiyyəsinin təhsil, mədəniyyət, idman və gənclərlə iş üzrə xidmətinin rəisi Valeri Stelmaşov bildirib ki, idmançılar yalnız Ermənistanda keçiriləcək yarışlarda iştirak edəcəklər: “Bəzi səbəblərə görə biz açılış mərasimində iştirak edə bilməyəcəyik”.

Qeyd edək ki, “Panermənistan oyunları”nın rəsmi açılış mərasimi avqustun 6-da Ermənistanın işğalı altında olan Xankəndi şəhərində keçiriləcək. Avqustun 17-dək davam edəcək yarışlar Ermənistanla yanaşı, DQR-də də təşkil olunacaq.

Tarix
2019.07.18 / 13:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla