Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
16 Noyabr 2019


Bakıya idmançı göndərməyən iki ölkə hansıdır?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Bakıda start götürəcək XV Avropa Gənclər Olimpiya Festivalına (EYOF) iki ölkəsinin – Ermənistan və Lixtenşteynin niyə qatılmayacağının səbəbi məlum olub.

Oxu.az-ın əldə etdiyi məlumata görə, bu tip yarışlarda iştirak üçün Avropa Olimpiya Komitələrinə üzv ölkələrin Milli Olimpiya Komitəsi qeydiyyatdan keçməli və bu oyunlarda iştirak niyyətlərini təsdiqləməlidir.

Lakin elan olunan qeydiyyat müddəti ərzində Ermənistan Milli Olimpiya Komitəsi tərəfindən heç bir müraciət daxil olmadığından, bu ölkənin idmançıları Bakıdakı EYOF-da təmsil olunmurlar. Göründüyü kimi, Azərbaycan Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitələri qarşısında götürdüyü öhdəliyə uyğun olaraq, bütün ölkələrə qapısını açsa da, ermənilər bu dəfə Bakıya gəlməkdən imtina edib.

Lixtenşteyn komandasının isə Bakıya gəlməməsinin səbəbi başqadır. Belə ki, bu cırtdan Avropa ölkəsi əvvəlcə yarışlara bir idmançı ilə qatılmaq üçün müraciət etmişdi. Lakin sonradan həmin idmançı zədələndiyi üçün Lixtenşteyn Milli Olimpiya Komitəsi iştirak ərizəsini geri götürməli olub.

Qeyd edək ki, bu yarışda ölkəmiz də daxil olmaqla Avropanın 48 ölkəsindən təxminən 3600 idmançı mübarizə aparacaq.

Həmin 47 ölkə bunlardır: Albaniya, Almaniya, Andorra, Avstriya, Belarus, Belçika, Bolqarıstan, Bosniya və Herseqovina, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, İrlandiya, İslandiya, İspaniya, İsveç, İsveçrə, İtaliya, İsrail, Kipr, Kosovo, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Moldova, Monako, Monteneqro, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, San Marino, Serbiya, Şimali Makedoniya, Slovakiya, Sloveniya, Türkiyə, Ukrayna, Xorvatiya, Yunanıstan.

Tarix
2019.07.20 / 12:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Məni sabahkı oyunla bağlı ümidli edən... - Yurçeviç

Azərbaycan Tokio olimpiadasına daha bir lisenziya qazandı

Bizi Azərbaycanla ciddi oyun gözləyir - Giggz

FHN əməkdaşları arasında çempionat

Bakı məktəblisi ermənini məğlub etdi, qızıl medal qazandı

Rəqiblərimizin qorxulu yuxusu ola bilirik - Ərdoğan

Türkiyə millisi Avropa çempionatına vəsiqə qazandı

Millimiz Lixtenşteyni məğlub etdi

Türkiyə millisi Ermənistanı darmadağın etdi

Dünyanın səbirsizliklə gözlədiyi matçın vaxtı bəlli oldu

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla