Yuxarı

İki idmançımız dünya çempionatında finala yüksəldi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
İki idmançımız dünya çempionatında finala yüksəldi

Güləşçilərimiz Ziya Babaşov və Nihad Məmmədli Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmələr arasında dünya çempionatının finalına yüksəliblər.

Axar.az Azərbaycan Güləş Federasiyasının saytına istinadla xəbər verir ki, beşinci yarış günündə üç yunan-Roma güləşçimiz mübarizə aparıb. Mübarizəyə səkkizdəbir finaldan qoşulan Ziya Babaşov (48 kq) əvvəlcə bolqarıstanlı güləşçini məyus edib. Dörddəbir finalda Cənubi Afrika təmsilçisinə qalib gələn Z.Babaşov yarımfinala yüksəlib. Bu mərhələdə hindistanlı rəqibinə də gücünü göstərən Ziya adını finala yazdırıb.

Nihad Məmmədli (55 kq) ilk görüşdə ukraynalı rəqibinə qalib gəlib. Avropa çempionu daha sonra Türkiyə pəhləvanından güclü olub. Belarus idmançısını da vaxtından əvvəl üstələyən N.Məmmədli yarımfinala vəsiqə qazanıb. Onun qarşısında Özbəkistan güləşçisi də duruş gətirməyib və həmyerlimiz finala adlayıb.

Qeyd edək ki, bu çəkilərdə final qarşılaşmaları avqustun 3-də Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Tarix
2019.08.02 / 21:27
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla