Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
8 Dekabr 2019


İran millisinin hücumçusu Azərbaycan klubunda

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" heyətini daha bir futbolçu ilə gücləndirib.

Axar.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi əslən cənubi azərbaycanlı olan hücumçu Mehdi Şərifi ilə 2 illik müqavilə imzalayıb. Güneyli soydaşımız "Sumqayıt"ın heyətində 70 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, 1992-ci ildə İsfəhanda dünyaya gələn Mehdi Şərifi peşəkar karyerasına "Sepahan"da (Novin) başlayıb (2010-2011). 2012-ci ildə İsfəhan "Sepahan"ına transfer olunan futbolçu 2018-ci ilədək bu kluba məxsus olub. O, 2016-2018-ci illərədə icarə əsasında Təbrizin "Traktor" klubunda çıxış edib. Son olaraq isə "Persepolis"in formasını geyinib.

Mehdi Şərifi İranın U-20 və U-23 yığmalarında çıxış edib, 2014-cü ildən dəvət aldığı A millidə 4 oyun keçirib.

26 yaşlı futbolçu həm "Sepahan"la, həm də "Persepolis"lə İran çempionluğunu və kubokunu, sonuncu ilə həmçinin ölkə Super Kubokunu qazanıb.

Tarix
2019.08.11 / 17:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Günün matçları: "Neftçi" zirvəyə doğru, "Qarabağ"...

10 oyun qalib gələ bilməyən klubun məşqçisi: Problem deyil

İdmançımız Avropa çempionu oldu

Qvardiola üçün uğursuz start

Beqoviçin klubu açıqlandı

"Qalatasaray" doğma meydanda sevindi

Nizami Paşayev 10 ildən sonra üçqat dünya çempionu oldu

Şahmatçımızdan Avropa çempionatında böyük uğur

Qurbanov "Qarabağ"ın qələbəni əldən verməsindən danışdı

"Qarabağ" ilin sonuncu matçında qələbəni əldən verdi

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla