
Aeroport yolunda yük maşını aşdı
20:54
Ana səhifə İdman |
![]() ![]() ![]() ![]() |
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Kiprin APOEL klubu daha bir itki ilə üzləşib.
Qol.az Kipr mətbuatına istinadən xəbər verir ki, Nikosiya təmsilçisinin müdafiəçisi Praksitelis Vuros zədələnib. Tibbi müayinədən sonra onun 4 həftə məşq edə bilməyəcəyi məlum olub.
Qeyd edək ki, digər zədəlilərdən braziliyalı yarımmüdafiəçi Alefin “Qarabağ”la görüşü buraxacağı dəqiqdir. Serbiyalı müdafiəçi Vuyadin Saviçin də meydana çıxacağı sual altındadır.
Avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – APOEL matçı saat 20:30-da başlayacaq. Kiprdəki matç Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Tarix
2019.08.11 / 18:42
|
Müəllif
Axar.az
|