Yuxarı

Qurbanov açıqladı: Uduzmuşuqsa...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qurbanov açıqladı: Uduzmuşuqsa...

Təəssüf ki, uduzduq. İki oyunun yekununda mərhələ adlamağı çox istəyirdik. Bəzən gözlənilməz nəticələr olur. Rəqibin təhlükəli epizodunu xatırlamıram. Amma biz belə imkanlardan yararlana bilmədik.

Report-un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Kipr APOEL-inə 0:2 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib.

O, rəqibdən zəif çıxış etmələri ilə razılaşmayıb:

"Bəlkə də biz oyuna fərqli baxırıq. Bəzi epizodları saymasaq, komandamın çıxışından razı qaldım. Məğlub olduqdan sonra çoxlu sual ortaya çıxır. Bədavi Hüseynov və Filip Ozobiç meydanda olsaydılar, digər variantlarımız da olardı. Simeon Slavçevin ağır təsir bağışlaması ilə razı deyiləm. Onun da bir neçə imkanı oldu".

Qurbanov APOEL-in həddən artıq istəkli çıxışı sayəsində qələbəyə nail olduğunu əlavə edib:

"Uduzmuşuqsa, rəqibi təbrik etməliyik".

Baş məşqçi hakimliklə bağlı fikirlərini də bölüşüb:

"Bir neçə epizodda baş hakim cərimə zərbəsini əks tərəfə verməli idi. Riçard Almeyda bir qədər emosional davrandı. Növbəti oyunumuzu Rahil Məmmədov da sarı vərəqə limitini doldurduğu üçün buraxmalı olacaq".

Tarix
2019.08.14 / 00:41
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla