Yuxarı

Sabah bizi çətin oyun gözləyir - Bordin

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabah bizi çətin oyun gözləyir - Bordin

Sabah bizi güclü komanda ilə çətin oyun gözləyir. Çünki rəqibimiz yaxşı hazırlaşıb. İlk oyunda düzgün mövqe seçərək arxada qapandılar. Fərdi keyfiyyətlərə malik oyunçular sayəsində çətinliklər yaradırlar. Məncə, rəqibin cüzi də olsa, üstünlüyü var. Stadiona fərqli taktika ilə çıxacaqlar. Maraqlı oyun gözlənilir.

Axar.az xəbər verir ki, bu fikirləri “Neftçi”nin baş məşqçisi Roberto Bordin İsraildə “Bney Yehuda” ilə keçirəcəkləri Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu öncəsi təşkil edilən mətbuat konfransında deyib.

Əlli dörd yaşlı mütəxəssis bildirib ki, “Bney Yehuda” ilk matçda bütün heyətlə müdafiəyə qapandı. Onun fikrincə, İsrail təmsilçisi sabah da eyni taktika ilə çıxış edəcək.

İtaliyalı məşqçi iki top buraxmalarına rəğmən sonadək xarakter göstərdiklərini vurğulayıb. O, komandasına inandığını və futbolçularının qələbə qazanacağına əminliyini bildirib.

Bordin ilk matçda yarımmüdafiədə problemlərin olması fikri ilə razılaşmayıb. Onun sözlərinə görə, “Bney Yehuda” əks-hücumlar nəticəsində qollar vurmağı bacarıb: “Bunlar taktikadan yox, istəkdən, oyuna yanaşmadan asılı məsələlərdir”.

Qeyd edək ki, avqustun 15-də Petak Tikvadakı “Ha Moshava” stadionunda keçiriləcək “Bney Yehuda” – “Neftçi” matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıdakı ilk görüş heç-heçə ilə nəticələnib - 2:2.

Tarix
2019.08.14 / 21:25
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyev Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla