Yuxarı

Qol buraxmayan komandanı yendik - Abuksis

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qol buraxmayan komandanı yendik - Abuksis

Bu yay kuboku qazandıqdan sonra ən güclü oyunumuz oldu. Çünki hələ qol buraxmayan komandanı yendik. Amma yenə güclənməliyik. Bu qələbəni azarkeşlərə həsr edirəm.

Report xəbər verir ki, bunu "Bney Yehuda"nın baş məşqçisi Yozef Abuksis İsraildə "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, "pley-off"da qarşılaşacaqları İsveç "Malmö"sünə böyük hörmətlə yanaşırlar: "Çünki bu rəqib çox yaxşı oyun sərgiləyir. Amma "Neftçi" ilə layiqli oyun və düzgün taktika sayəsində bu mərhələyə çatmışıq. Yenə təvazökarlığımızı qoruyuruq. Qrup mərhələsinə vəsiqə qazanmaq bizim kimi komanda üçün böyük uğur sayıla bilər".

Abuksis hazırkı heyətdən və oyundan razı qaldığını söyləyib: "3-4 futbolçu da cəlb edə bilsək, daha yaxşı oyun sərgiləyə bilərik. Bu heyətdəki futbolçular 2-3 əvvəl aşağı liqalarda çıxış edirdilər. İlk növbədə rəhbərliyə təşəkkür edirəm ki, onlara inandılar və biz də onları bu səviyyəyə gətirib çatdıra bildik".

Qeyd edək ki, "Bney Yehuda" ilk matçda 2:2 hesablı heç-heçə etdiyi üçün iki oyunun nəticəsində "pley-off"a yüksəlib.

Tarix
2019.08.16 / 01:12
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin büstünə görə erməni məhkəməyə çıxarılır

Prezident xanım səfiri qəbul etdi - Foto

Prezidentlə görüşdə Azərbaycan dilində danışdı - Foto

İsraildə bayraqlar yarıya endirildi - Foto

Bu Zəfər milli iradənin təntənəsi idi

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla