Yuxarı

İlk oyun göstərdi ki, çətin olacaq - Qurbanov

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlk oyun göstərdi ki, çətin olacaq. Qarşımızda sıx qrafiki var.

Report-un məlumatına görə, bunları "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Keşlə"ni səfərdə 1:0 hesabı ilə məğlub etdikləri Premyer Liqanın I turunun açılış matçından sonra deyib.

47 yaşlı mütəxəssis bildirib ki, qarşıda həm çempionat, həm avrokubok, həm də milli komandanın oyunları olacağı üçün futbolçular çətinliklə üzləşə bilərlər: "Məni hazırda nəticədən çox futbolçuların sağlamlığı narahat edir. Bütün fikirimiz bu oyunda idi. Şükürlər olsun ki, qalib gəldik. Bizim üçün vacib qələbə oldu. Bu gün bəzi futbolçular oynadı, bəzilərin qoruyub saxlaya bilərik. Qol vuran gənc futbolçumuz İsmayıl İbrahimlini təbrik edirəm. "Keşlə" Bizə çox çətinlik yaratdı. Ruslan Qurbanov, Meza Kolli kimi futbolçular götürüblər. Ümumiyyətlə, yeni oyunçuları təcrübəlidirlər".

Qurbanov Fransanın "Genqam" klubunun rəsmilərinin Abdullah Zubiri transfer etmək üçün Bakıya gəlmələrinə dair xəbərlərə də şərh verib. O, belə bir təklif almadıqlarını, bu yöndə heç bir məlumatının olmadığını vurğulayıb.

Tarix
2019.08.16 / 22:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla