Yuxarı

"Qalatasaray" superliqaya məğlubiyyətlə başladı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 16-da futbol üzrə Türkiyə Superliqasının 2019-2020-ci illər mövsümünə start verilib.

Axar.az xəbər verir ki, mövsümün açılış matçında son çempion “Qalatasaray” komandası Dənizli Atatürk Stadionunda debütant “Dənizlispor”un qonağı olub. 2009-2010-cu illər mövsümündə çempionatla vidalaşan “Dənizlispor” doqquz mövsüm fasilədən sonra Superliqaya dönüşünü möhtəşəm qələbə ilə qeyd edib.

Baş hakim Abdulkadir Bitiqenin idarə etdiyi oyunda meydan sahibləri Fatih Terimin yetirmələrini 2:0 hesabı ilə məğlubiyyətə uğradıblar. Oyunda qolları Niyaz və Rodalleqa vurublar. “Qalatasaray”ın heyətində Markao matçın 33-cü dəqiqəsində qırmızı vərəqə alaraq meydandan qovulub.

“Qalatasaray”ın baş məşqçisi Fatih Terimə Peşəkar Futbol İntizam Qurumu tərəfindən üç oyunluq cəza verildiyi üçün o, qarşılaşma zamanı komandaya rəhbərlik edə bilməyib.

Birinci turun oyunları dörd gündə keçiriləcək.

Bu gün “Beşiktaş” komandası “Sivasspor”, “Alanyaspor” klubu “Kayserispor”, “Rizəspor” isə “Gənclərbirliyi” səfərlərinə yollanacaq. Turun digər oyunları avqustun 18-də və 19-da keçiriləcək.

Qeyd edək ki, mayın 26-da yekunlaşan sonuncu mövsümdə ardıcıl olaraq 2-ci, tarixində 22-ci çempionluğunu rəsmiləşdirən “Qalatasaray” Superliqanı 69 xalla lider kimi başa vurmuşdu.

Tarix
2019.08.17 / 00:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla