Yuxarı

Messi, yoxsa Ronaldo: Hansı güclüdür? - Alimlər açıqladı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Messi, yoxsa Ronaldo: Hansı güclüdür? - Alimlər açıqladı

Belçikanın Lyoven Katolik Universitetinin alimləri Argentina millisinin futbolçusu Lionel Messinin, yoxsa Portuqaliya yığmasının oyunçusu Kristiano Ronaldonun ən yaxşı olduğunu müəyyənləşdirən formul tərtib ediblər.

Report xəbər verir ki, VAEP adlanan formulda yalnız qol və məhsuldar ötürmələri deyil, zərbə, driblinq, sürüşmə fəndi və digər elementləri də nəzərə alıblar.

Alimlər hesablamaları hər iki hücumçunun 2013-2018-ci illər ərzində sərgilədikləri oyunlar əsasında aparıblar. Araşdırmada iştirak edən universitetin aspirantı Tom Dekrosun sözlərinə görə, ilk mövsümlərdə Messi və Ronaldonun göstəriciləri demək olar ki, eyni olub:

“Lakin 2015/2016 mövsümündən etibarən Messi məşhur rəqibini ötməyə başlayır”.

Bildirilir ki, Messinin bir oyun üçün VAEP göstəricisi 1,21, Ronaldoda isə 0,61-dir.

Qeyd edək ki, Messi karyerası ərzində yalnız yetirməsi olduğu İspaniyanın “Barselona” komandasının formasını geyinməkdədir. Hazırda İtaliya “Yuventus”unda çıxış edən Ronaldo isə daha öncə vətənində “Sportinq”, İngiltərədə “Mançester Yunayted”, İspaniyada isə “Real Madrid”in uğurları üçün çalışıb.

Tarix
2019.08.21 / 11:28
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla