Yuxarı

Ərdoğanı görmək üçün Zaqataladan velosipedlə yola düşdü

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğanı görmək üçün Zaqataladan velosipedlə yola düşdü

İzzədin Abdullayev adlı azərbaycanlı gənc Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün yaşadığı Zaqatala rayonunun Yolayrıc kəndindən Ankaraya velosipedlə səfərə gedib.

Axar.az xəbər verir ki, Abdullayev 1600 kilometrlik məsafəni 16-17 günə başa vurmağı planlaşdırır. Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək ən böyük arzusudur:

“Yolum uzundur. Amma bu məni niyyətimdən uzaqlaşdırmır. Belə bir səfərə çıxmağı uzun illərdir ki, arzu edirəm. 1600 kilometr yolu 16-17 günə getməyi planlaşdırıram. Allahın köməkliyi ilə Ərdoğanla görüşə biləcəyimə ümid edirəm. Mənim kimi Ərdoğanı sevən və onunla tanış olmaq istəyən yüzminlərlə azərbaycanlı gənc var. Bütün bu gənclərin adından ora gedirəm”.

İ.Abdullayev arzusunun arxasınca getdiyinə görə sevincli olduğunu söyləyib:

“Çox sevincliyəm. 1600 kilometr yolu türkləri, Türkiyəni, Türkiyə prezidentini sevməsəydim, gedə bilmərəm. Bu sevgi belə uzun yolu mənim üçün qısaldır. Bu uzunluqda yolu velosipedlə getməyi hədəfləmişəmsə, deməli, Ərdoğanı həqiqətən çox istəyirəm. İnşallah, onun əlini sıxmaq, görmək, qucaqlamaq mənə nəsib olar”.

İ.Abdullayevin anası Humay Abdullayeva oğlunun ondan icazə alaraq getdiyini bildirib:

“Məndən səfərə çıxmaq üçün xeyir-dua istədi. Allahdan oğlumun sağ-salamat gedib-qayıtmasını istəyirəm. Bundan başqa arzum yoxdur. İnşallah, Ərdoğanla görüşüb, arzusuna çatar".

Tarix
2019.09.05 / 14:25
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

Mikayıl Cabbarov Pəncab əyalətinin baş naziri ilə görüşdü

Sudanla saziş imzalandı: bu şəxslər üçün viza ləğv edildi

Şanxay Mükafatını tanıtmaq üçün bu tədbiri fürsət bilirik...

Rusiya və İranın məğlub olmasına imkan verməyən ölkə...

Şad xəbər: Quru sərhədlər açılır - Ekspert

Şəhərlər xalq tərəfindən qurulur və xalq üçündür - Şenqyun

Hikmət Hacıyevdən quru sərhədlərlə bağlı açıqlama

Dünya Şəhərlər Günü 2026-cı ildə Çində keçiriləcək

İlham Əliyev Tomaş Tarabanı qəbul etdi

Azərbaycana qərəzli yanaşanlara qrant verənlərin sayı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla