Yuxarı

Azərbaycanın bunu bacarmaması qəribədir - Xorvat çalışdırıcı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın bunu bacarmaması qəribədir - Xorvat çalışdırıcı

Rəqibi təbrik edirəm. Komandamız oyuna yaxşı başladı və erkən qol vurduq. Lakin daha sonra Azərbaycan komandasının qapıçısı çox yaxşı çıxış etdi.

Report-un məlumatına görə, bunu Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan millisi ilə 1:1 hesablı heç-heçədən sonra təşkil edilən mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis bildirib ki, ilk hissədə komandası, fasilədən sonra isə rəqib yaxşı çıxış edib:

"Meydan sahibləri ikinci yarıda azarkeş dəstəyini də hiss edərək daha inamlı oynadı. Biz isə bir qədər özümüzü itirdik. Bu, məyusedici nəticədir. Amma vəziyyəti qəbul etməli, növbəti görüşlərə hazırlaşmalıyıq. Dəyişiklikləri tez etsəydim, bəlkə də, nəticə fərqli olardı. Ante Rebiçin ilk hissədə 2 qol imkanı vardı. Ancaq onu əvəzləmədim, inandığımı göstərmək istədim. Növbəti qolu vura bilmədik. Rəqib bizə layiq olduğu bərabərlik topunu vurmağı bacardı. Davor Şukerin İvan Rakitiçlə bağlı dedikləri ilə razıyam. O, növbəti görüşlərdə komandaya kömək edəcək".

Daliç Azərbaycan millisinin futbolçuları ilə bağlı fikirlərini bölüşüb:

"Yəqin ki, Azərbaycan millisinin futbolçuları burada xoşbəxtdirlər və ona görə xaricə getməyiblər. Azərbaycanla ilk matçımızdan sonra onların növbəti görüşlərdə xal qazanacaqlarına inanırdım. Bunu bacarmamaqları qəribədir. Burda yenə xal itirdik. Amma heç bir stadionu cəhənnəm adlandırmazdım".

Tarix
2019.09.09 / 22:47
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə Ermənistanla bağlı “sürpriz”ə hazırlaşır

Güneydən Azərbaycanla bağlı bəyanat

Sahibə Qafarova Qırğızıstan prezidenti ilə görüşdü

İstanbulda Baş Konsulluğumuz ciddi mühafizə altında... - Video

Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub

Səfirliyimizin önündə bu sözləri qışqırmışdı - Axtarışa verildi

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla