Yuxarı

Puarye: Makqreqorla döyüşmək istəyirəm

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Puarye: Makqreqorla döyüşmək istəyirəm

Qarışıq döyüş növlərinin (MMA) UFC kateqoriyası üzrə ən güclü idmançılarından hesab edilən Dastin Puarye irlandiyalı Konor Makqreqor ilə revanş döyüşü keçirmək istəyir.

Axar.az xəbər verir ki, amerikalı idmançı bu barədə Tvitter hesabında bildirib.

“Düşünürəm, indi mənimlə Konor arasında revanş qarşılaşması olmalıdır”, - deyə D.Puarye yazıb.

İdmançılar 2014-cü il sentyabrin 27-də qarşılaşıblar. Həmin döyüşdə K.Makqreqor texniki nokautla qalib gəlib.

Sentyabrın 7-də isə D.Puarye Rusiya təmsilçisi Həbib Nurməhəmmədova uduzub. O, bu məğlubiyyətdən sonra UFC-nin müvəqqəti çempionu titulundan məhrum olub.

D.Puarye aprelin 14-də həmvətəni Maks Hollouey ilə döyüşdə hakimlərin yekdil qərarına əsasən qalib gəlib və müvəqqəti çempion titulunu qazanıb. Otuz yaşlı D.Puaryenin aktivində 25 qələbə və 6 məğlubiyyət var. Onun bir döyüşü isə baş tutmamış hesab edilib.

Tarix
2019.09.11 / 18:59
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

Kestutis Budris Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla