Yuxarı

Futbolçu oyuna getdi, evi qarət olundu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya "Barselona"sının futbolçusu Samuel Umtitinin evi qarət olunub.

Report xəbər verir ki, 26 yaşlı müdafiəçinin evi La Liqanın IV turunda "Valensiya" ilə matç zamanı soyulub. Fransalı oyunçu qarşılaşmada iştirak etməsə də, stadionda olub.

Umtitinin evinin qapısının açıq olduğunu görən qonşular polisə zəng vurub. Hadisə yerinə gələn polislər oğruların izlərini qeydə alıblar və boş seyf aşkarlayıblar. Şahidlərin sözlərinə görə, ən azı 4 nəfər qarətdə iştirak edib. Futbolçuya dəyən ziyanın məbləği açıqlanmayıb.

Qeyd edək ki, "Valensiya" ilə qarşılaşma "Barselona"nın qələbəsi ilə bitib - 5:2. Daha əvvəl Kataloniya təmsilçisinin sabiq futbolçusu Kevin-Prins Boatenq və Jordi Albanın da evi qarət olunub.

Tarix
2019.09.16 / 14:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla