Yuxarı

Əkiz bacılar Bakıda hamını qabaqladılar - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı əkiz bacılar Dina və Arina Averinalar Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatının fərdi proqramında top ilə yarışlarda ilk iki pillədə qərarlaşıblar.

Axar.az xəbər verir ki, D.Averina 23,500 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. A.Averina isə 23,050 xalla gümüş medal qazanıb. İlk üçlüyü israilli gimnast Linoy Aşram (22,400 xal) tamamlayıb.

Çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya əldə etmiş olacaqlar. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.

Altmış bir ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparır.

Çempionatın medalları Beynəlxalq Gimnastika Federasiyasının loqosu formasında hazırlanıb.

Tarix
2019.09.17 / 23:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan razılaşdı: 4 kəndlə bağlı qərar verildi - Təcili

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla