Yuxarı

Çempionumuzun rəqibi bilindi: “Amerikalıların qənimi”...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çempionumuzun rəqibi bilindi: “Amerikalıların qənimi”...

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatında güləşçilərimizin rəqibləri müəyyənləşib.

Axar.az xəbər verir ki, ən çətin rəqib Olimpiya mükafatçımız, üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyevə düşüb. Belə ki, o, ikiqat Avropa və ikiqat Rusiya çempionu Hacımurad Rəşidovla qarşılaşacaq.

Dargin mənşəli dağıstanlı güləşçi bu il Rusiya millisi ilə Dünya Kubokunun qalibi olmaqla yanaşı, iki dəfə dünya çempionatının gümüş mükafatçısı olub.

Yeri gəlmişkən, o, 2017-ci ildə Fransanın paytaxtı Parisdə keçirilmiş dünya çempionatının (-61 kq) finalında məhz Hacı Əliyevə uduzub. Çıxdığı yarışlarda amerikan idmançılarına uduzmadığı üçün ləqəbi “Amerikalıların qənimi”dir.

Qeyd edək ki, bu gün qadın güləşində Mariya Stadnik (-50 kq) dünya çempionatının finalında çıxış edəcək.

Tarix
2019.09.18 / 15:28
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

Simonyan Azərbaycan nümayəndə heyəti ilə görüşdü

Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı

Ermənistana 23,7 milyon dollarlıq məhsul ixrac edilib

Şimali Kiprdə gəmi qəzası: daha bir azərbaycanlı saxlanıldı

Elnur Məmmədov Avstraliyada səfərdədir

İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi

Bakıya yox, Azərbaycanın bu şəhərinə gedəcəm - Simonyan

Bu, həyata keçirəcəyimiz ən böyük layihədir

Azərbaycan nümayəndə heyəti Ermənistanda - Foto

Azərbaycanda “Temu” ya qadağan ediləcək, ya da...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla