Yuxarı

Qurban Qurbanov nikbin danışdı: "Sevilya"dan...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belə bir komandanın Bakıya gəlməsi, bütün Azərbaycan futbolu üçün sevindiricidir. Azarkeşlər bir ilə yaxın idi ki, bu cür kluba qarşı canlı oyun izləmirdilər. Düşünürəm ki, sabah meydanda güclü kollektiv görəcəyik. Sona qədər mübarizə aparacağıq.

Qol.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin ilk turunda sabah Bakıda "Sevilya" ilə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

- “Atletiko”dan sonra “Sevilya”dan da ən azı bir xal almaq mümkündürmü?

- “Sevilya” Çempionlar Liqasının qrupunda oynamağa layiq komandadır. Amma evdə oynayacağıq. Düşündüyümüz oyunu göstərə bilsək, yaxşı nəticə də əldə edə bilərik. Rəqiblə layiqli mübarizə aparmağa çalışacağıq.

- Zədəli futbolçunuz Mahir Əmrəlinin son durumu necədir?

- Yaxşı deyil. Böyük ehtimalla, oyunu buraxacaq.

- İspaniyalı futbolçularınızdan rəqib barədə hər hansı məlumat almısınızmı?

- Heç bir məlumat almamışam. Düşünürəm ki, buna ehtiyac da yoxdur. Rəqibi yaxşı tanıyırıq.

- Rəqibin baş məşqçisi Xulen Lopeteqini nə qədər tanıyırsınız və onun məşqçilik metodu barədə nə deyə bilərsiniz? "Sevilya"nın heyətində hansı futbolçuları fərqləndirə bilərsiniz?

- Xüsusi tanışlığım yoxdur. Ancaq “Real”da, İspaniya millisində işləməsi hər şeydən xəbər verir. Əsl ispan futbolu tələb edən məşqçidir. Mənim də İspaniya futboluna marağım böyükdür. Ən çox izlədiyim çempionat La Liqa, milli komanda isə İspaniyadır. Heyətlərini saysam, gərək hamısının adını çəkim. Bilmirəm hansını deyim. Sabah layiqli mübarizə aparacağıq və çalışacağıq ki, azarkeşlərimiz ən azı oyunumuzdan razı qalsın.

- “Sevilya” rəsmiləri və futbolçuları açıqlamalarında “Atletiko” ilə heç-heçələrinizi qabardırlar. "Sevilya" artıq sizə çətin rəqib gözü ilə baxır. Bu, sizin işinizi çətinləşdirməyəcək?

- Açıqlamalarından məlumdur ki, oyuna ciddi hazırlaşırlar. Ola bilər ki, həmin nəticə onları daha ciddi hazırlaşmağa vadar edib. İstənilən halda, inanmıram ki, hansısa komanda qrupda özünü rahat hiss etsin, ciddi hazırlaşmasın. Xüsusən də, İspaniya klubları. Futbolda son vaxtlar gözlənilməz nəticələr olur. Bu da iddialı klubları ciddi hazırlaşmağa məcbur edir. Rəqibin də sabah həddən artıq ciddi olacağını düşünürəm.

Tarix
2019.09.18 / 19:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bağanis Ayrım kəndi minalardan təmizlənir

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla