Yuxarı

DÇ qalmaqalı: Pəhləvanımızı uduzduranlarla bağlı qərar...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
DÇ qalmaqalı: Pəhləvanımızı uduzduranlarla bağlı qərar...

11:30

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında Azərbaycanı təmsil edən sərbəst güləşçi Hacı Əliyevə qarşı haqsızlığa yol verən hakimlər cəzalandırıla bilər.

Bu sözləri Axar.az-a rusiyalı rəqibi Hacımurad Rəşidovla üz-üzə gələn sərbəst güləşçimiz Hacı Əliyevə qarşı haqsızlıq edilməsi barədə danışan Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musalı deyib. O bildirib ki, federasiya bu qərara etiraz edəcək:

“Bəli, Hacı Əliyevə 2 və ya 4 xal verilə bilərdi. Ancaq videoya baxdıqdan sonra hakimlər rəqibə 1 xal verdi. Nəticədə Hacı Əliyev 2:4 hesabıyla uduzdu. Yəqin ki, rəhbərlik səviyyəsində etiraz ediləcək. Ən azı haqsız qərar verən hakimlər cəzalandırıla bilər. Bunu zaman göstərəcək”.

Qeyd edək ki, ilk hissəsində hesabda geri düşən Əliyev ikinci yarıda vəziyyəti öz xeyrinə dəyişib - 2:1. Sona doğru Rəşidov önə çıxıb - 3:2. Bununla belə, Əliyev daha 2 fəndlə önə keçməyi bacarıb. Lakin Rusiya tərəfinin etirazından sonra videotəkrara baxılıb. Nəticədə Əliyevin 2 xalı silinib. Hakimlərin qərarı ilə azərbaycanlı pəhləvan uduzdurulub - 2:4.

Qərardan narazı qalan Əliyev qırmızı vərəqəni hakimlərə tərəf göstərib. Hakimlər isə ona qırmızı vərəqə göstərərək diskvalifikasiya ediblər. Bundan sonra Hacı Əliyev hakimlərin üzərinə getmək istəyib və polislər onu saxlayıb.

***

Azərbaycan Güləş Federasiyasından Report-a verilən son məlumata görə, Hacı Əliyevin Qazaxıstanın paytaxtı Nur-Sultandakı mundialda rusiyalı Hacımurad Rəşidova uduzduğu görüşdə aldığı qırmızı vərəqə ləğv edilib.

Dünya Güləş Birliyinin Hakimlər Komitəsi qırmızı vərəqəni ləğv etdiyi üçün 65 kq çəkidə yarışan pəhləvan təsəlliverici görüşə qatılamaq imkanını saxlayıb.

Bu isə o deməkdir ki, diskvalifikasiyadan yayınan Əliyev bürünc medal görüşünə vəsiqə qazansa, Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə əldə edəcək. Lakin bunun üçün ilk növbədə Rəşidovun finala çıxması lazımdır.

Tarix
2019.09.19 / 13:36
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Yaşar Gülər Xocavənddə...

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı

İrakli Çikovani Azərbaycanda səfərdədir

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

Tiflisdə Əliyevin büstünü zədələyən erməninin cəzası...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla